Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Taktikanı dəyişmək barədə düşünmürəm" – Fernandu Santuş
    11.10.2024 22:31:14

    UEFA Millətlər Liqasının Estoniya – Azərbaycan (3:1) oyunundan sonra millimizin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı baş tutub.

    Prosport.Az-ın Tallinə ezam olunmuş əməkdaşı həmin konfransda səslənən fikirləri təqdim edir:

    – İlk 35 dəqiqə çox kompakt oynadıq. Ancaq ilk qoldan sonra oyunumuzu itirdik. Düzdür, qol vurduq. Ancaq 2-ci qol Bu bizim strategiyamızı pozdu. İkinci hissədə bunu dəyişmək çətin idi. Əks-hücumdan oynayırdılar. Şanslarımızdan istifadə edə bilmədik. Əgər topu qapıdan keçirə bilmiriksə, rəqib bundan faydalanır.

    – Məğlubiyyətdə seçilən taktiki sxemin hansı dərəcədə rolunun olduğunu düşünürsünüz?
    – Mən 3-4-3 oynadırdım. İlk 35 dəqiqədə rəqib komanda oynamırdı. Bizim 4 şansımız vardı, istifadə edə bilmədik. 3 qol buraxsaq da, bunu taktika ilə əlaqələndirməzdim. Normal vəziyyətdə bu matçda ilk hissə 2:0 hesabı ilə başa çatmalı idi.

    – Tapşırıqları yerinə yetirmək üçün oyunçularınızın səviyyəsinin normal olmadığını düşünürsünüzmü?
    – Bütün komanda İsveçlə oyunda olduğu kimi, şanslar əldə etdi. Bizim problemimiz müdafiədədir. 3 oyuna 8 qol buraxmışıq. Qalib gəlmək üçün şanslardan istifadə etməliyik. Çalışmamızı davam etdirməliyik. Vaxt lazımdır ki, bunu düzəldək. Ancaq Slovakiya ilə oyuna kimi vaxtımız azdır.

    – Nəyin hesabına bu taktikanın komandanın oyununu düzəldəcəyinizə inanırsınız?
    – Taktikanı dəyişmək barədə düşünmürəm. Hücum futboluna üstünlük verəcəyik.

    – Bu gün Elvin Cəfərquliyev möhtəşəm oynadı. Onun gələcəkdə hansısa Avropa klubuna keçməsinə töhfə verə bilərmi?
    – Onun hücumda çox yaxşı talantı var. Sürətli oyunçudur. Ancaq müdafiədə üzərində işləməlidir. 2 gün əvvəl də onunla danışıb meydanda nələr etməli olduğunu demişdim. 

    – Abbas Hüseynov hansı cəhətinə görə kapitan seçildi?
    – Niyə də yox?! O, azərbaycanca yaxşı danışır. Bədəvi Hüseynov isə mənim ingiliscə bildiyim kimi azərbaycanca bilir. Ona görə də kapitanlığı Abbasa həvalə etdim.

    Səbuhi Musa
    Tallin   

    Futbol

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02
    Futbol

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43
    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Futbol

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved