Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ümid edirəm ki, oyunçularım mənə qələbə ilə ad günü hədiyyəsi verər" – Fernandu Santuş
    10.10.2024 18:50:15

    UEFA Millətlər Liqasının Estoniya – Azərbaycan oyunundan öncə Fernandu Santuşun iştirakı ilə mətbuat konfransı keçirilib.

    Prosport.Az-ın Estoniyanın paytaxtı Tallinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, portuqaliyalı mütəxəssis azərbaycanlı və estoniyalı jurnalistlərin suallarını cavablandırıb.

    – Bu gün ad gününüzdür. 70 yaşınız tamam olur, təbrik edirəm.
    – Təşəkkür edirəm. Ümid edirəm ki, oyunçularım sabah mənə qələbə ilə hədiyyə verərlər.

    – Bu qədər karyeranız var. Motivasiya verən səbəb nədir?
    – Futbolu sevirəm. Bu idman növü üçün əlimdən gələni edirəm. Azərbaycanda çalışmaq mənim üçün böyük çağırışdır. Mənə motivasiya verən səbəb AFFA prezidentinin futbolla bağlı fikirləri idi. Azərbaycan xalqı da futbolu başa düşür. Bu ölkə gözəldir və burada çalışmaqdan məmnunam.

    – Azərbaycan və Estoniya hər iki oyunda uduzub. Bu matçda qələbə sizə nə verəcək?
    – Estoniyanın hər iki oyununa baxmışam. Slovakiyaya və İsveçə qarşı çox yaxşı oynadınız. Komandam bilir ki, hansı oyun fəlsəfəsinə üstünlük verirəm. Sabah da ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq. Hər iki komandanın oyuna motivasiyası fərqlidir.

    – Əvvəlki 60 illik yubileyinizdə Portuqaliya millisi ilə Fransaya qarşı yoldaşlıq matçı keçirdiniz. Düzdür, 1:2 məğlub olsanız da, onda Kriştianu Ronaldu meydandan çıxmışdı deyə, penaltini Kuarejma vurmuşdu. Bu dəfə də ad gününüzdür. Penalti olsa, kim qolu vuracaq?
    – Keçmişi mənə xatırlatdınız. Açığı, həmin matçı yaxşı xatırlamıram. Ancaq penalti olsa, bunu kim vuracaq, onu deyə bilmərəm.

    – Estoniya ilə fiziki hazırlıq baxımından problem olmayacaq?
    – Vacib olan mənim komandamdır. Rəqib haqda məlumata malikəm. Komandam da bundan məlumatlıdır və qələbə üçün əllərindən gələni edəcəklər.

    – Emin Mahmudovun psixoloji durumu qaydasında deyil. Onunla psixoloji durumunu düzəltmək üçün söhbət edirsiniz?
    – O, normal məşq keçir. Əhval-ruhiyyəsi yaxşıdır. Onun durumunda xüsusi bir şey hiss etmirəm. Adların mənim üçün önəmi yoxdur. Hamı komanda kimi döyüşməlidir.

    – Emin Mahmudovun yoxluğunda kapitan kim olacaq?
    – Mən sizin sualınıza hörmətlə yanaşıram. Bu sizin işinizdir. Ancaq bunu sabah biləcəksiniz.

    – Sabahkı oyunda hansı taktikiya üstünlük verəcəksiniz?
    – Taktiki düzülüş xüsusi əhəmiyyət kəsb etmir. Əsas onların mənim fəlsəfəmi düzgün başa düşməsidir.

    – Estoniya ilə oyun Azərbaycanın əsl gücünü bilmək üçün kifayət edəcək?
    – Bilmirəm. Deməzdim ki, Estoniya zəif komandadır. 5 metr məsafədən ofsayd pozuldu deyə ilk hissədə Slovkiyadan qol buraxdılar. Slovakiya ilə oyunun 2-ci hissəsində estonlar yaxşı oynadılar. Bilirəm ki, onlar hücum edən tərəf olacaq. Ancaq futbolçularıma tapşırmışam ki, geri çəkilməsinlər.

    Səbuhi Musa

    Futbol

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42
    Futbol

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02
    Futbol

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43
    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved