Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Vaqif Sadıqovun təyyarəsi ilə gəlib çatdığımız Tallindən ilkin təəssüratlar
    10.10.2024 11:17:59

    Futbol millimizdən sabah Estoniyanın paytaxtı Tallində qələbə gözlənilir. Bunu əksəriyyət söyləyir. Əks halda, yalnız ümid Bakıdakı oyuna qalacaq.

    Ancaq pisini fikirləşmək belə istəmirik. Elə biz jurnalistlər də ümidliyik. AFFA və qanuni mərc oyunu "Misli"nin təşkilatçılığı səfərə yollanan jurnalistlərdən bəziləri "biz qalib gələcəyik" kimi optimist fikirlər bildirir. 

    Əslində bu, ilkin səfər təəssüratlarına giriş idi... 

    Dünən saat 15:00-də bizi komanda ilə birgə AZAL-ın çarter reysi birbaşa Tallinə aparacaqdı. Sonuncu dəfə milli ilə düz 10 il əvvəl – 2014-cü ilin oktyabrında İtaliya/Xorvatiya səfərində olmuşdum. Ona görə də bu 10 il ərzində millinin düşərgəsində yeni qaydalar, yeni tələbləri bilmək maraqlı idi.

    Məlum oldu ki, baş məşqçi Fernandu Santuş jurnalistlərin futbolçularla təmas və ünsiyyətini istəmir. Lap yaxşı. Biz də öz jurnalist dairəmizdə təyyarənin bizim platformaya yaxınlaşmasını gözləməyə başladıq. Təxminən 15:20-də təyyarəmiz havaya qalxdı. Məlum oldu ki, Vaqif Sadıqov da bizimlə uçur.

    Yox, yox, söhbət heç də milli ilə əvvəllər səfərlərə yollanan AFFA-nın sabiq vitse-prezidentindən getmir. Bizim təyyarəni sağ-salamat getdiyi ünvana çatdırmalı kapitanın ad-soyadı məhz bu cür idi.

    5 saatlıq uçuş bizi gözləyirdi. Deyilənə görə, Ukraynadakı müharibə ilə əlaqədar Bakıdan Tallinə təyyarə nisbətən uzaq məsafədən uçurdu. Hər halda qapıçılar üzrə məşqçi Kamran Ağayev təxminən 1 saat bizi keçmiş söhbətlərə qaytararaq bu vaxtın yorucu olmasının qarşısını mümkün qədər ala bildi. Təbii ki, Kamran Ağayevdən indiki qapıçıların performansı haqda da soruşduq. Ancaq söhbətlərimiz yazmaq üçün yox, özümüzdə müəyyən təəssüratların yaranması üçün idi.

    Gəlib, çatdıq Tallinin kiçik hava limanına. Pasport-kontrol öncəsi Mahir Emreli həmkarlara mətbuatda yazılan kimi komanda yoldaşı ilə dava etmədiyini bildirməyə çalışırdı. Məlum oldu ki, yazının mənbəsi olan "Bild"dəki tərcümədə də kiçik nöqsana yol verilib...

    Daha sonra çamadanlarımızı yığıb 4 ulduzlu "Hestia Hotel Europa"ya tərəf yol aldıq. Əvvəlki illərdə olduğu kimi, komanda və jurnalistlər fərqli hotellərdə qalır. Komanda məşhur hotellər şəbəkəsi olan "Radisson"da qalır.

    Əvvəldən də gözlədiyimiz kimi, Tallin bizi soyuq və yağmurlu hava ilə qarşıladı. Bu gün isə Fernandu Santuşun mətbuat konfransı və millinin açıq məşqi var. Artıq hava buludlu olsa da, güclü yağış gözlənilmir.

    Səbuhi Musa
    Bakı-Tallin

    Futbol

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02
    Futbol

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43
    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Futbol

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved