“Sumqayıt”ın futbolçusu Tresor Mossi Burundi milli komandasına çağırılıb.
Prosport.Az xəbər verir ki, 23 yaşlı futbolçu Afrika Millətlər Kubokunun təsnifat mərhələsinin matçlarına dəvət alıb. Mossinin yer aldığı yığma oktyabrın 10-da və 13-də Burkina Faso ilə qarşılaşacaq.
Qeyd edək ki, Tresor Burundi yığmasında 2 oyun keçirib.

