Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hücumçulardan istədiklərimizi ala bilmirik" - Samir Abasov
    7.10.2024 09:05:56

    "Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm. Bir xalla ayrılsaydıq, daha sevincli olardıq. Amma futbolçularımı təbrik edirəm. Yaxşı mübarizə apardıq, rəqibə epizod verməməyə çalışırdıq. Futbolçularım nələri varsa, meydanda qoydular. Bəxtin gətirməlidir ki, belə qol buraxmayasan. Rəqibin 100 faizli qol imkanları yadıma gəlmir. Düzdür, oyuna nəzarət edən tərəf "Qarabağ" idi. Mübarizəyə görə futbolçularımdan razıyam. Digər matçlara hazırlaşacağıq".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının IX turunun "Qarabağ"la oyunundan sonra keçirilmiş mətbuat konfrasında deyib. O, jurnalistlərin suallarını da dəyərləndirib.

    - Qol epizodları olsa da, reallaşdıra bilmirsiniz...

    - Həmin problemləri yaşayırıq. Daha real danışsaq, hücumçulardan istədiklərimizi ala bilmirik. Problem sırf hücumçularımızdadır. Baş məşqçinin işi nədir? Həmin problemləri görüb, komandanın epizodlar yaratması üçün bunun üzərində işləsin. O yöndə işləyəcəyik. Hansısa futbolçunun yerinə gedib hücumda dayanıb, qol vurası deyilik. Hücumçuları dəyişib, başqa oyunçuları orada oynada bilərsən. Hər iki hücumçumuzda problem var. Hücumlarımızı daha da çoxaltmalıyıq. O qədər epizod yaratmalıyıq ki, birini vuraq. Bu yöndə işləyəcəyik. Məncə, hücum yaratmaqda problemimiz yoxdur. Sadəcə, sonluğu gətirə bilmirik. Firkimizi başqa futbolçulara yönəldəcəyik.

    - Yeni transferlərin tam uyğunlaşdığını düşünürsünüz?

    - Hər oyunda dəyişikliklərə əl atırıq. Keçən il də eyni proses yaşadıq. Axtarışdaydıq. Futbolçulara vaxt lazım olduğu bəllidir. Komandanın pis oynadığını deməzdim. Ötən turda da gördük ki, yaxşı oynamağa başlamışıq. Bəzi oyunçularla yaşanan problemlər də var: uyğunlaşma, qol vurma gözləntisi və s. Çalışacağıq ki, bunu aradan götürək.

    - Rəhim Sadıxovun oynamamasının səbəbi nədir? Bəlkə cəzalandırmısınız...

    - Cəzadan danışmayaq. Bu heyətin üzərində işləyirik. Fasilədə uşaqları optimal formaya gətirməyə çalışacağıq. Yeni gələn gürcü futbolçumuz optimal formaya gəldikdə, bizə çox kömək edəcək. Yaxşı, keyfiyyətli oyunçudur. Burada cəzadan söhbət getmir. Bu gün bizə xeyir verən futbolçularla oynamaq daha məqsədəuyğundur. 

    - “Neftçi” Roman Qriqorçuku postundan göndərmək istəyir. Təklif olarsa, ora qayıdarsınız?

    - Bu haqda ümumiyyətlə danışmaq istəmirəm.

    Futbol

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09
    Futbol

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13
    Futbol

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24
    Futbol

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18
    Futbol

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48
    Futbol

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19

    Azərbaycanda hakimlərin xidmət haqqı normaları müəyyənləşdi

    25.11.2026 19:49:46

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47

    Samuxda ilk cüdo zalı fəaliyyətə başladı

    25.11.2026 18:46:53

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved