Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Prosport.Az verir ki, millimizin futbolçusu Elvin Camalov klubu “Sabah”ın heyətində zədələnib.
Bu səbəbdən də "Sabah"ın kapitanı heyətdən çıxarılıb. Onun əvəzinə “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev yığmaya dəvət alıb.
Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.

