16 yaşadək futbolçulardan ibarət millimiz Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə sonuncu oyununu keçirib.
Prosport.Az xəbər verir ki, U-16 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə 5-ci yer uğrunda görüşdə qarşılaşıb.
Matçın 90 dəqiqəsi qolsuz bərabərliklə yekunlaşıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Həlledici zərbələrdə Qırğızıstan seçməsi daha dəqiq oynayaraq (4:2) qələbə qazanıb.
Qeyd edək ki, millimiz turniri qol vurmadan tərk edib. Komandamız əvvəlki oyunlarda Türkmənistana 0:3, Türkiyəyə isə 0:6 hesabları ilə uduzub.

