Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hər şeyi incələsəm, çox danışacağıq" - Elmar Baxşıyev
    5.10.2024 22:52:24

    "Araz-Naxçıvan" Misli Premyer Liqasının IX turunda "Sabah"la 1:1 hesablı heç-heçə edib.

    Sportnet.az xəbər verir ki, muxtar respublika təmsilçisinin  baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Yaxşı, dinamik oyun alındı. Hər iki komanda yaxşı iş ortaya qoydu. Həmişə komandamdan daha artığını istəyirəm. Futbolçular mənim istədiyim oyunu göstərməyə çalışırlar. Oyun baxımından daha da rəngarəng ola bilərik. Düşünürəm ki, heç-heçə ədalətli nəticədir.

    - Birinci dövrə bitdi. Bu nəticələri gözləyirdiniz?

    - Hər məşqçi öz komandasına güvənməlidir. Bu komandanı formalaşdıranda çətinlik çəkirdik. Amma istədiyimiz futbolçuları heyətə cəlb edə bildik. Oyun planında daha da artıra bilərik. Bizə inanmasalar da, mən futbolçularıma inanıram. Komandam öz oyunu ilə hamıya layiqli cavabı verəcək.

    - Sizə kim inanmır?

    - Hiss edirik ki, klub olaraq bizə diqqət azdır. Büdcə ilə baxırlarsa, futbolda büdcə hər şey deyil. Futbolçular mənə inam verir. Mən də onlardan daha artığını etmələrini istəyirəm ki, çempionatda daha çox diqqətə layiq olsunlar.

    - Keçən il bu vaxtlarda da "Araz-Naxçıvan" üst pillələrdə idi, amma sonra Premyer Liqada qalmaq üçün mübarizə aparırdı. Bəlkə buna görə diqqət azdır?

    - Hər şeyi incələsəm, çox danışacağıq. Ümumi komandalara olan diqqəti deyirəm. Biz də bilirik ki, keçən il ikinci dövrəni yaxşı keçirmədik. Bu, futboldur. Heyətimiz geniş olsa, biz də həmin periodu rahat keçə bilərik. Ümid edirik ki, heyətimizi genişləndirəcəyik.

    - Hakimlərin "Araz-Naxçıvan"a kömək etdiyi iddia olunur. Bu situasiya sizi narahat etmir?

    - Ona görə diqqəti vurğuladım. Hakimin bizə simpatiyasının olduğunu gördünüzsə... "Turan Tovuz"la oyunda Ramon Maçadonun epizodundan danışırlar. Həmin epizoddan bugünkü matçda da oldu. Boyan Letiçin epizodu eynidir. Bunu heç kim danışmayacaq. Amma Maçadonun epizodunun üstündən 10 tur da keçsə, hamı danışacaq. Çempionat uzundur, komanda olaraq bərk olmalıyıq ki, bu maneələr bizi çaşdırmasın.

    Futbol

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31
    Futbol

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42
    Futbol

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42
    Futbol

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02
    Futbol

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43
    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42

    "Onun üzünü darmadağın etmək istəyirəm" - Məhəmmədəli Osmanlı

    26.09.2026 14:12:43

    "Formula 2" Azərbaycan Qran-Prisinin qalibi bilindi

    26.09.2026 13:40:01

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved