15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf turnirində 3-cü – sonuncu oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Füzuli Məmmədovun baş məşqçiliyi altında meydana çıxan U-15 Belarus Futbol Federasiyaları Assosiasiyasının təlim-məşq mərkəzində Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Görüş Qazaxıstan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib isə Rusiyanın U-14 komandası olub. Son turda Belarusu 4:0 məğlub edən Valentin Qavvanın yetirmələri turnirdə maksimum nəticə göstərib.
Qeyd edək ki, millimiz turnir çərçivəsində daha əvvəl Belarus (1:2) və Rusiya (1:3) yığmaları ilə qarşılaşıb.
Xatırladaq ki, daha əvvəl U-15 qızlar millimiz də Minskdə UEFA İnkişaf turnirində bütün matçlarda məğlub olmuşdu.

