Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Bakıda Xarici Dillər Təmayüllü Gimnaziya güləşçilərin ixtiyarına verilib
    5.10.2024 09:57:35

    Bakının Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyaya media tur təşkil edilib.

    Prosport.Az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının təşəbbüsüylə keçirilən tədbirdə KİV nümayəndələri Gimnaziyada həm təhsil alan, həm də idmançı keyfiyyətlərini artıran yeniyetmə və gənc güləşçilər üçün yaradılmış şəraitlə tanış olub.

    Gimnaziyanın direktoru Tural Mirzəliyev təhsil ocağı haqqında ümumi məlumat verib:

    “Bu təhsil ocağı 1960-cı ildən fəaliyyət göstərir. Ancaq əvvəlcə başqa statusa malik olub. 2014-cü ildən Xarici Dillər Gimnaziya kimi fəaliyyətini davam etdirir. Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edildikdən sonra 2021-ci ildən yenidən istifadə verilib. Artıq 5 ildir ki, Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş imtahan vasitəsilə şagird qəbulu həyata keçirilir. Respublikanın müxtəlif yerlərindən 813 şagird Gimnaziyamızda təhsil alır. Onların 77-si güləşçidir. 5-ci sinifdən 11-ci sinifə qədər olan güləşçilər müxtəlif sinif komplektlərində təhsil alır. Onlar da ölkənin müxtəlif bölgələrindən Gimnaziyaya cəlb edilib”.

    Media nümayəndələri sərbəst güləşçilərin məşqini izlədikdən sonra bu növ üzrə U-17 milli komandanın böyük məşqçisi Əsgərxan Novruzov brifinqdə Gimnaziyanın ölkə güləşinin inkişafına böyük töhfə verəcəyini bildirib:

    “2023/24 təhsil ilinin 2-ci yarısından burada güləşçilər təhsil alır. Avqust ayında yenidən seçimlər etdik. Hal-hazırda 44 sərbəst güləşçi Gimnaziyada yerləşdirilib. Bunu hətta güləş akademiyası da adlandırmaq olar. Bu layihə federasiyamızın inkişaf üçün atdığı ən yaxşı addımlarından biridir. Gələcəkdə bunun bəhrəsini görəcəyik. Bu il əsasən 5-7-ci siniflər üzrə seçim etdik. Sırf perspektiv vəd edən uşaqları seçmişik. Burada yemək və yataq şəraiti çox yüksək səviyyədə təşkil edilib. Böyüklərdən ibarət komandamız hansı səviyyədə qidalanırsa, burada da eyni qida rasionundan istifadə edilir”.

    Daha sonra media nümayəndələri güləşçilərin yerləşdirildiyi yataqxana ilə tanış olub. Qeyd edilib ki, burada yataq, tədris, istirahət otaqları, camaşırxana, sanitar qovşağı, yeməkxana və tibb məntəqəsi mövcuddur. Gimnaziyada güləş bölməsində 4 məşqçi, 3 nəzarətçi, 5 tərbiyəçi, psixoloq, həkim və tibb bacısı fəaliyyət göstərir. Güləş zalı inventarla tam təmin edilib. Ümumilikdə burada güləşin inkişaf etdirilməsi üçün tələb olunan şərait yaradılıb.

    Sərbəst güləşçilərin ardınca yunan-Roma güləşçiləri məşq edib. Bu növ üzrə U-17 milli komandanın böyük məşqçisi Taleh İsrafilov jurnalistlərə açıqlamasında bunları deyib:

    “Gimnaziyada güləşin ilk addımlarıdır. Yunan-Roma güləşində artıq Gimnaziyanın yetirmələrindən 1-i uğur qazanıb. Hüseyn Vəlizadə məhz burada təhsil almağa başlayandan sonra U-15 Azərbaycan çempionatının qalibi olub və Avropa çempionatında bürünc medal əldə edib. Burada hər şey yüksək səviyyədə qurulub. Azərbaycan güləşinin inkişafına böyük töhfə verəcək. Belə davam etsə, Gimnaziyada gələcəyin olimpiya medalçıları yetişəcək. Xarici Dillər Təmayüllü olduğu üçün Gimnaziyada təhsil alan güləşçilər xarici dil biliyini də inkişaf etdirmək imkanı qazanır. Bu da yarışlarda onların köməyinə çatır. İstər müsahibə, istərsə də hakimlərlə ünsiyyət zamanı xarici dil biliyi vacibdir”.

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Güləş

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved