“Neftçi” Rusiyanın ÇSKA və "Ural" klublarının sabiq baş məşqçisi Viktor Qonçarenko ilə danışıqlar aparıb.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi 47 yaşlı mütəxəssisə təklif göndərsə də, o, komandanın sükanı arxasına keçməkdən imtina edib.
“Neftçi” ilə yanaşı, Rusiyanın “Pari Nijni-Novqorod” klubunun da belaruslu çalışdırıcının xidmətində maraqlı olduğu bildirilib.
Qeyd edək ki, Viktor Qonçarenko ÇSKA ilə 2 dəfə (2016/2017, 2017/2018) Rusiya çempionatında gümüş medal qazanıb, 2018-ci ildə isə ölkə Superkubokunun qalibi olub.

