Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Seçimlərimə heç kim müdaxilə etmir" - Fernandu Santuş
    4.10.2024 11:47:56

    "Bütün futbolçularımıza inanıram. Çünki, onların nəyə qadir olduğunu yaxşı bilirəm".

    Prosport.Az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında Estoniya və Slovakiya yığmaları ilə keçiriləcək oyunlardan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

    70 yaşlı mütəxəssis yığmaya potensial gördüyü oyunçuları cəlb etdiyini söyləyib: "Mən və köməkçilərim Azərbaycan çempionatının bütün oyunlarını izləyirik. Seçimi yalnız özüm edirəm. Buradakı heç bir futbolçu mənim dostum deyil. Seçimlərimə də heç kim müdaxilə etmir. Kapitan Emin Mahmudovu da komandaya cəlb etməkdə düzgün qərar verdiyimi düşünürəm. Kapitan meydanda qərar verməyi bacarmalıdır. Emində də bu keyfiyyəti görürəm. Çünki o, peşəkardır. Seçim edərkən futbolçunun şəxsi keyfiyyətlərini nəzərə almıram. O, yaxşı oyunçudur. Mənə məlumat verilib ki, Eminin heç bir zədəsi yoxdur. Ona görə də bu iki matçda meydana çıxa bilər".

    Portuqaliyalı çalışdırıcı milli komandanın inkişafı üçün köklü dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb: "Hər oyunda qələbə qazanmaq istəyirik. Bunun üçün çalışırıq. Komandama güvənirəm. Futbolçular da fərqindədirlər ki, nələrisə dəyişmək lazımdır. Ümumiyyətlə, mentaliteti dəyişməliyik. Çətin olsa da, bunun üçün cəhd göstərməli, yeni qərarlar verməliyik. Mən məhz bunu reallaşdırmaq üçün buradayam. Elə futbolçular var ki, ancaq özləri haqqında düşünür, yalnız fərdi uğurlara köklənirlər. Amma bu, belə olmamalıdır. Komandanın uğurları üçün oynamaq lazımdır".

    O, Slovakiya və Estoniya ilə keçiriləcək qarşılaşmalarda uğurlu nəticə əldə edəcəklərinə inandığını bildirib: "Rəqiblərimizin heç biri zəif deyil. Buna baxmayaraq, futbolçularımızın həvəsli olduğunu görürəm. İnanıram ki, hər iki matçda istəyimizə çatacağıq".

    F.Santuş yeni layihə üçün AFFA ilə danışıqlar apardığını deyib: "Elə bir komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun".

    Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 11-də Tallində Estoniya, ayın 14-də isə Bakıda Slovakiya ilə üz-üzə gələcək.

    Futbol

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31
    Futbol

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42
    Futbol

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42
    Futbol

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02
    Futbol

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43
    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42

    "Onun üzünü darmadağın etmək istəyirəm" - Məhəmmədəli Osmanlı

    26.09.2026 14:12:43

    "Formula 2" Azərbaycan Qran-Prisinin qalibi bilindi

    26.09.2026 13:40:01

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved