I Liqanın IV turunun "Zaqatala" ilə oyununda zədələnən "Mingəçevir"in futbolçusu Tural Məmmədzadənin durumuna aydınlıq gəlib.
Prosport.Az xəbər verir ki, başından zədə alaraq meydanı vaxtından əvvəl tərk edən oyunçunun vəziyyəti yaxşıdır.
Müayinə nəticəsində ciddi bir təhlükənin olmadığı müəyyən edilib. Futbolçunun başına tikiş qoyulub və o, evə buraxılıb.

