2024-cü ildə ən çox qol vuran futbolçuların siyahısı bəlli olub.
Prosport.Az xəbər verir ki, IFFHS-in cədvəlində ilin ilk 9 ayında ən azı 22 qol vuran futbolçular yer alıblar.
Buna nail olan 52 oyunçu arasında “Qarabağ”ın braziliyalı forvardı Juninyu da var. O, 23 qolla dünyada 33-cüdür.
Juninyu Premyer Liqa 9, ölkə kubokunda 5, avrokuboklarda 9 qola sevinib. O, Vinisius Junior, Pyer-Emerik Obameyanq, Luis Suares kimi ulduzlardan öndədir.
Siyahının lideri də dəyişib. İsveç millisinin və Portuqaliyanın “Sportinq” klubunun forvardı Viktor Dökereş 40 qolla zirvəni ələ keçirib. Çinin “Şanxay Port” klubunun oyunçusu Vu Ley 38 qolla 2-cidir. İlk “3-lüy”ü İngiltərə millisi və “Bayern”in qol silahı Hari Keyn tamamlayır – 35 qol.

