"Kəpəz" Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib.
Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisi malili dayaq yarımmüdafiəçisi Mahamadu Ba ilə anlaşıb
25 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Mahamadu Ba karyerası ərzində Türkiyə klublarında forma geyinib. O, "Ərzurumspor", "Adana Dəmirspor", "İstanbulspor" və "Tuzlaspor" kimi komandalarda oynayıb. Ba "Ərzurumspor" və "İstanbulspor"un heyətində Türkiyə Super Liqasında çıxış edib.

