Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ"ın məğlub etdiyi komandalara qalib gəlmişik" – "Malmö"nün baş məşqçisi
    2.10.2024 19:11:35

    "Malmö" Avropa Liqası Liqa mərhələsinin II turu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.

    Prosport.Az xəbər verir ki, İsveç təmsilçisinin baş məşqçisi Henrik Rüdström oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – "Qarabağ"ın İsveç klubları ilə oyunlardakı üstünlüyü sizi qorxutmur? Rəqibiniz "Yefle", "Yötebory", "Hekken" kimi klubları məğlub edə bilib...
    – Xeyr, qorxutmur. Statistikanın sabahkı oyunla əlaqəsi yoxdur. Biz həmin komandalardan güclüyük. Biz də adını çəkdiyiniz komandalara qalib gəlmişik.

    – Sabahkı oyundan gözləntiləriniz nədir? Məğlub olsanız, bunu faciə hesab edəcəksiniz?
    – "Qarabağ"ı analiz etmişik. Rəqibimiz çox güclü komandadır. Onlar Avropa Liqasında ən güclü komandalardan biridir. Xüsusilə də, evdə yaxşı oynayırlar. "Qarabağ" topa sahib olanda təhlükəlidir. Bilirəm ki, sabahkı oyun çətin olacaq. Bura oynamağa yaxşı əhval-ruhiyyədə gəlmişik. Sabahkı matçın yaxşı olacağına ümid edirəm.

    – Çox rahat görünürsünüz. "Malmö"nü "Qarabağ"dan güclü hesab edirsiniz?
    – Bunu demək çətindir. Rəqibimiz çox güclüdür. Ola bilər ki, "Qarabağ"ı İsveçdə çox adam tanımır. Amma onlar topa sahib olanda çox güclüdür. "Qarabağ" bundan əvvəlki rəqibimiz "Reyncers"dən geri qalmır. Biz Bakıya gözəl oyun oynamağa gəlmişik. Burada atmosfer gözəldir. Müqayisə aparmaq uyğun deyil. Sabah hər şeyi görəcəyik.

    – Bu oyunun əhəmiyyəti sizin üçün nə dərəcədə vacibdir?
    – Məsələyə bu aspektdən baxmıram. Hər oyun əhəmiyyətlidir. Növbəti matç da vacibdir. 

    – "Qarabağ"ın əvvəlki oyunlarını izləməyə köməkçilərinizi göndərmisiniz?
    – Xeyr. Buna ehtiyac da yoxdur. Bugünkü texnologiya imkan verir ki, "Qarabağ"a öz liqasında və avrokuboklarda baxaq, analiz edək.

    – Azərbaycanda mütəxəssislər "Malmö"yə 3 xal gözü ilə baxır. Qurban Qurbanov da bunu komandası üçün müsbət tərəf kimi gördüyünü dedi. Bu haqda fikriniz nədir?
    – Bizdə də bizə ümid edirlər. İnsanların nə fikirləşməsi mənim üçün önəmli deyil. "Qarabağ" güclüdür. Biz öz oyunumuzu oynayırıq. Sabah ümid edirəm ki, 2 güclü komandanın oyunu olacaq.

    – "Qarabağ"la evdə qarşılaşmamağınız sizi təəssüfləndirmədi?
    – Mən və futbolçularım həyəcanlandılar. Amma komanda rəhbərliyi bir o qədər də yox. Çünki Azərbaycan bizdən uzaq ölkədir, təyyarə və bahalı hotel tutmaq üçün maliyyə lazım gəldi (gülür).

    – Qurban Qurbanovun komandası Skandinaviya klublarına uduzmayıb. Bu sizi qorxudur?
    – Bunlar məni çox narahat etmir. 15 illik statistika "Qarabağ"ın gücünü göstərir. Amma bunların sabahkı oyunla əlaqəsi yoxdur. Sabahkı oyuna fokuslanmalıyıq. "Qarabağ" "Sparta" və "Reyncers"dən daha güclü komandadır. Ona görə sabahkı matça hazır olmalıyıq.

    – Sabah İsak Telinin start heyətində meydana çıxması gözlənilir?
    – Görəcəyik. Oyunun başlamasına yarım saat qalmış heç kim heç nə bilmir. İsak komanda üçün vacib oyunçudur.

    – O, ölkə çempionatında bombardirdir, amma avrokuboklarda 7 oyunda qol vurmayıb. Bunu nə ilə izah edərdiniz?
    – Avroliqa və təsnifat mərhələsinin oyunları yüksək səviyyədədir. Müəyyən mənada çətinliklərlə üz-üzə qaldıq. Futbol kollektiv oyundur. Çalışırıq ki, inkişaf edək.

    Futbol

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31
    Futbol

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42
    Futbol

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42
    Futbol

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02
    Futbol

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43
    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42

    "Onun üzünü darmadağın etmək istəyirəm" - Məhəmmədəli Osmanlı

    26.09.2026 14:12:43

    "Formula 2" Azərbaycan Qran-Prisinin qalibi bilindi

    26.09.2026 13:40:01

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved