Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Turan Tovuz"da qalmaqal – Futbolçular Berdiyevin gözü önündə dalaşdı
    2.10.2024 19:01:33

    "Turan Tovuz"da Otto Con böhranı böyüyüb.

    Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, nigeriyalı hücumçu rəhbərliklə görüşüb və buradan ayrılmaq istədiyini bildirib.

    Azərbaycanda ikinci mövsümünü keçirən forvard İraqdan dəvət aldığını söyləyib. O, daha sərfəli şərtlər irəli sürən ərəblərlə anlaşmağı düşündüyünü, sərbəst buraxılmasını xahiş edib.

    Fəqət, Con bu çağırışına eyni reaksiyanı görməyib. Rəsmilər ona müqaviləsinin hələ davam etdiyini, yalnız təzminat ödəniləcəyi təqdirdə, getməsinə icazə veriləcəyini açıqlayıb.

    Bilindiyi kimi, baş məşqçi Qurban Berdiyev Otto Conu əsas komandadan kənarlaşdırıb. Adıçəkilən forvard onun göstərişi ilə əvəzedici heyətə göndərilib.

    Otto "dubl"un tərkibində Əvəzecilər Liqasında debüt edib. O, "Şamaxı-2" ilə keçirilən səfər qarşılaşmasında dubla imza atıb. Conun 42 və 46-cı dəqiqələrdə vurduğu qollar tovuzlu gənclərə 3:1 hesablı qələbə qazandırıb.

    Adıçəkilən legioner təsadüfən Berdiyevin qəzəbinə tuş gəlməyib. Rusiyalı çalışdırıcını hiddətləndirən hadisə Şamaxı səfəri zamanı baş verib.

    Belə ki, Premyer Liqanın "Şamaxı" ilə matçına yollanan oyunçular avtobusun içində əlbəyaxa olub. Otto Conla Rüfət Əhmədov arasında mübahisə davaya çevrilib. Nəticədə nigeriyalı hücumçu adıçəkilən müdafiəçiyə bir neçə zərbə endirib.

    Onları bir-birindən komanda yoldaşları güclə ayırıb. Olay Berdiyevin gözünün qarşısında yaşansa da, baş məşqçi tərəflərə ciddi reaksiya verməyib.

    Rusiyalı çalışdırıcı yalnız oyun günü mövqeyini ortaya qoyub. Afrikalı forvardı əsas heyətə daxil etməyib, yalnız 67-ci dəqiqədə Ayxan Quseynovun əvəzinə meydana buraxıb. Rüfət Əhmədov isə sonadək ehtiyat skamyadan tərpənməyib.

    Berdiyev 2:2 bitən qarşılaşmadan sonra Otto Conun avtobusla geri dönməsinə icazə verməyib. Çalışdırıcı afrikalını stadiondan Şamaxı Olimpiya Mərkəzinə – əvəzedici heyətin qaldığı məkana yollayıb.

    Futbol

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31
    Futbol

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42
    Futbol

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42
    Futbol

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02
    Futbol

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43
    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42

    "Onun üzünü darmadağın etmək istəyirəm" - Məhəmmədəli Osmanlı

    26.09.2026 14:12:43

    "Formula 2" Azərbaycan Qran-Prisinin qalibi bilindi

    26.09.2026 13:40:01

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved