Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Malmö" ilə matçda öz oyun tərzimizdən kənara çıxa bilərik" – Qurban Qurbanov
    2.10.2024 14:03:10

    "Qarabağ" UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda sabah Bakıda İsveçin "Malmö" klubunu qəbul gələcək.

    Prosport.Az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Həqiqətən vacib oyuna çıxırıq. Liqa mərhələsində doğma meydanımızda ilk matçımızdır. Özünəməxsus oyun tərzi olan komandaya qarşı oynayacağıq. Hazırlığımız pis getmir. Bəzi problemlərimiz var. Hər bir halda, çalışırıq ki, komandanı oyuna tam hazırlayaq. Yaxşı oyun göstərməyə və müsbət nəticə qazanmağa çalışacağıq.

    – Mateus Silva və Marko Yankoviçin durumu nə yerdədir? Sabahkı oyuna hazırdırlar?
    – Mateusla bağlı problem var. Yəqin ki, bir neçə oyun olmayacaq. Yankoviçə gəlincə, tam qərar verməmişik. Ümumi durumu pis deyil. Çoxdan idi ki, əsas heyətdə oynamırdı. "Sabah"la matçda bəlkə də dəqiqələri çox oldu. Həmin görüşdə 60-65 dəqiqə oynamalı idi. Amma gedişata görə uzandı. Bu gün və sabah vaxtımız var. Ən doğru qərarı verməyə çalışacağıq. Xüsusən də futbolçu üçün.

    – "Qarabağ"ın İsveç klublarına qarşı üstünlüyü var. Bu üstünlüyü nəzərə alıb, sabahkı matçda nəyə ümid edə bilərik?
    – Statistikaya baxsaq, bəli, belə nəticələrimiz var. Bizim üçün onlara qarşı olan matçlar ən gərgin oyunlardan olub. Çünki fiziki hazırlıqları və oyun tərzləri başqadır. "Malmö" böyük təcrübəyə malikdir. Həmişə çalışmışıq və istəmişik ki, ən azından Bakıda yaxşı nəticə əldə edək. Amma futbol get-gedə elə səviyyəyə gəlib çıxıb ki, istənilən ölkənin komandasında böyük irəliləyiş var. Çalışmışıq ki, azarkeşlərə ümid verək. Onlar da bizə inanır, güvəniblər. Çalışacağıq ki, maksimum yaxşı nəticə qazanaq.

    – "Qarabağ" sabahkı rəqibə hansı sürpriz hazırlayıb?
    – Oyuna hazırlaşmaq üçün vaxtımız az oldu. Məşq sayı çox olsaydı, yaxşı idi. Yalnız bu gün bütün komanda ilə oyuna hazırlaşa biləcəyik. Bir də sabah bəlkə çox az dəqiqəmiz olacaq. Ola bilər ki, oyunumuzun qurulmasında bir neçə dəyişiklik edək. Çünki "Malmö" fərqli rəqibdir. Alınacaq, ya yox, bilmirəm. Rəqib bizə nə qədər şərait yaradacaq, ona baxacağıq. "Malmö" heç bir rəqibdən çəkinmir. Maraqlı oyun olacaq. Futbolçularımın üzərinə böyük məsuliyyət düşəcək, böyük güc sərf etməli olacaqlar. Onlar buna dözməlidir. Öz oyun tərzimizdən bəzi epizodlarda kənara çıxa bilərik.

    – Bir çox mütəxəssis "Malmö" ilə oyuna 3 xal gözü ilə baxır. Bu istək, bu tələb komandanın nə dərəcədə əleyhinə ola bilər?
    – Əleyhinə olmaz. Bu bizə olan güvən, inamdır. Öz meydanımızda oynayırıq. Belə fikirlər futbolçulara əlavə motivasiya verir. Bu fikirərin xeyri var, ziyanı yoxdur.

    – Avropa Liqasının yeni formatda keçirilməsi "Qarabağ"a müsbət təsir edir, yoxsa qrup mərhələsi daha münasib idi?
    – Hələ ki tam uyğunlaşmamışıq. Bizim kimi klublara, futbol ölkələrinə bəlkə az komanda olması daha çox sərf edər. Biri var, 3-4 komandanı analiz edirsən, qışa qədər onlara qarşı hazırlaşırsan, biri də var, 36 komandanın bütün oyunlarını gözləyirsən. Elə rəqiblər var ki, bəlkə onlara qarşı evdə oynamaq istəyərdin, səfərə düşürsən. Belə hallar var. Amma bunlar problem yaratmalı deyil. Hamı üçün eynidir. Əvvəl-axır buna öyrəşməliyik. Daha böyük təcrübəsi olan komandalar buna tez uyğunlaşa bilər. Bizdə çətinlik ola bilər. Bu cür dəyişikliklərin olması futbol şüurumuza, futbolçuların düşüncələrinə daha faydalı olar. Bəlkə də daha çox və tez təcrübə toplayarlar. Əvvəl 1-2 oyunun nəticəsini gözləyirdik, indi hər tur bütün oyunların nəticələrini gözləyirik. Əvvəl 2 komandaya baxırdıq, indi bütün oyunlara. Həm sizin, həm bizim işimiz çoxalır.

    – Musa Qurbanlının İsveç çempionatında təcrübəsi var. Onu meydanda görə biləcəyik?
    – Əvvəlcədən belə fikir bildirə bilmərəm. Çünki həmişə uyğun heyəti buraxıb, oyunun gedişatına görə dəyişiklik etmişik. Musadan "Malmö" haqda bəzi şeylər soruşmuşam. Oynayacaq, ya yox, deyə bilmərəm.

    – "Tottenhem"lə matçda Mateuş Koxalski qəhrəmanlıq göstərə bilmədi. Sabah qapıda kim dayanacaq?
    – Sabah qərar verəcəyik. Vaxtımız var.

    Futbol

    AFFA Raulu milliyə cəlb edir - FOTO

    12.03.2026 10:34:54
    Futbol

    "Dekabrdan marta qədər uduzmamışıqsa..." - "Neftçi"nin legioneri

    12.03.2026 10:02:01
    Futbol

    I Liqa: Lider Şamaxıdan 3 xalla qayıtdı

    11.03.2026 23:21:54
    Futbol

    Rəhim Həsənov hakimləri haqlı çıxardı - VİDEO

    11.03.2026 21:17:30
    Futbol

    FIFA millimizin qapıçısına görə Türkiyə klubunun daha 6 xalını sildi

    11.03.2026 18:43:35
    Futbol

    UEFA Kamilo Duranın "Nyukasl"a vurduğu qolu fərqləndirdi - FOTO

    11.03.2026 18:17:03
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bakıdakı "Formula 1" yarışına marşal qeydiyyatı başladı - FOTOLAR

    12.03.2026 10:52:25

    AFFA Raulu milliyə cəlb edir - FOTO

    12.03.2026 10:34:54

    "Dekabrdan marta qədər uduzmamışıqsa..." - "Neftçi"nin legioneri

    12.03.2026 10:02:01

    Sərbəst güləşçilərimiz Avropa çempionatını 8 medalla tamamladı

    12.03.2026 00:15:47

    Nazir müavini olacağı gözlənilirdi, yenidən baş katib təyin edildi – EKSKLÜZİV

    12.03.2026 00:00:46

    I Liqa: Lider Şamaxıdan 3 xalla qayıtdı

    11.03.2026 23:21:54

    Millimiz Bolqarıstana 80 xal fərqlə uduzdu

    11.03.2026 22:39:08

    Olimpiya çempionu Qazaxda avtoqraf verdi - FOTOLAR + VİDEO

    11.03.2026 22:13:44

    MOK-da yeni komitə yaradıldı, Azər Əliyev sədr təyin olundu

    11.03.2026 21:45:35

    Rəhim Həsənov hakimləri haqlı çıxardı - VİDEO

    11.03.2026 21:17:30

    FIFA millimizin qapıçısına görə Türkiyə klubunun daha 6 xalını sildi

    11.03.2026 18:43:35

    UEFA Kamilo Duranın "Nyukasl"a vurduğu qolu fərqləndirdi - FOTO

    11.03.2026 18:17:03

    AFFA Ramiz Məmmədovun cəzasını yüngülləşdirdi

    11.03.2026 17:55:59

    Qurban Berdiyevin cəzası azaldıldı

    11.03.2026 17:22:35

    AFFA "Sabah"ın şikayətini təmin etmədi

    11.03.2026 16:45:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved