Ölkələrin UEFA reytinqində dəyişikliklər olub.
Prosport.Az xəbər verir ki, buna Çempionlar Liqasının Liqa mərhələsinin II turunun ilki gününün nəticələri səbəb olub.
Baş tutan 9 matçdan sonra bəzi ölkələrin xal hesabı dəyişib. Lakin mövqe dəyişikliyi qeydə alınmayıb.
Azərbaycanın cədvəldəki yeri dəyişməz qalıb. Hesabında 19,125 xal olan ölkəmiz Avropada 27-cidir.
Cari mövsümün qazancı 2,375-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 91,160 xal.