Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Kiçik bir məsələni böyüdərək sensasiya yaratmaq istəyiblər" – Mahir Emreli
    1.10.2024 16:45:44

    “Uzun müddətdən sonra xüsusilə əsas heyətdə meydana çıxmaq çox xoş hiss idi. Açığı, bu anları yaşamaq üçün darıxmışdım”.

    Prosport.Az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın “Nürnberq” klubunun heyətində Almaniyanın 2-ci Bundesliqasında “Hannover”ə qarşı matçda meydana start heyətində çıxması barədə danışarkən deyib.

    Almaniya çempionatında ümumilikdə 2 oyun keçirən hücumçu optimal formaya qayıtmaq üçün zamana ehtiyacı olduğunu söyləyib: “Çalışıram ki, oyundan-oyuna performansımı artırım, özümü yaxşı tərəfdən göstərim. Komandama kömək edə bilmək üçün əlimdən gələni edirəm. Ümid edirəm ki, formamı bərpa edib daha çox oyun şansı qazanaram”.

    M.Emrelinin sözlərinə görə, məşqçilər heyəti "Hannover"ə səfərdə 0:2 hesabı ilə uduzduqları görüşdən sonra onun çıxışından razı qaldığını bildirib: “Baş məşqçimiz Miroslav Kloze ilə ünsiyyətimiz olmadı. Amma məşqçilər heyəti ümumi razılığını bildirdi. Zədədən sonra yeni-yeni bərpa olunmağa başlamışam. 2-ci matçım idi. Məşqçilərin tapşırıqlarını yerinə yetirməyə, qoyulan tələblərə əməl etməyə çalışıram. Oyun nizam-intizamını da qoruyub saxlayıram. Kloze kimi əfsanəvi futbolçu ilə işləmək çox xoşdur. O da mənim kimi hücumçu mövqeyində çıxış edib. Hər birimiz onun təcrübələrindən yararlanırıq. Əldə etdiyimiz təcrübəni meydanda da göstərmək istəyirik. Son 2 oyunda məğlub olmuşuq. Ona görə də məqsədimiz növbəti qarşılaşmalarda qələbə qazanmaqdır”.

    27 yaşlı oyunçu hazırda çıxış etdiyi çempionatın dünyanın bir çox liqasından öndə olduğunu vurğulayıb: “İnsanların bu liqaya böyük marağı var. Ona görə də olduqca baxımlı çempionatdır. Düşünürəm ki, bu il çempionatda temp daha da artıb. Çünki böyük klubların əksəriyyəti hazırda burada çıxış edir. Bu liqada mübarizə aparmaq üçün fiziki göstəricilər yüksək olmalıdır. Bir azərbaycanlı kimi futbol ölkəsində oynamaq mənim üçün sevindirici haldır”.

    O, “Hannover”lə matçdan öncə 2 komanda yoldaşı ilə mübahisə etməsi barədə Almaniya mətbuatında yayılan xəbərlərə də aydınlıq gətirib: “Almaniya mətbuatında tez-tez dezinformasiyalara rast gəlmək mümkündür. Bunu təkcə mən yox, yerli əhali də deyir. Onların sözlərinə görə, alman mətbuatında yayılan xəbərlərin yalnız 20-30%-i doğru olur. Heç bir komanda yoldaşımla aramda mübahisə olmayıb. Yəqin, kiçik bir məsələni böyüdərək sensasiya yaratmaq istəyiblər. Futbol oynayanda istər-istəməz emosiyalar olur. Çünki burada qalib gəlmək də, uduzmaq da var. Məğlubiyyət olanda kimsə əsəbləşə, bir-birinə sataşa bilər. Lakin bu ancaq meydan daxilində baş verir. Heç bir söhbəti meydandan kənara daşımırıq. Bütün komandalarda belə olur. Nə olursa olsun, dava yolverilməzdir. Həmçinin mən kluba yeni gəlmişəm. Hazırda kollektivə uyğunlaşmağa çalışıram. Doğru olmayan məlumatları yaymadan öncə dəqiqləşdirmək lazımdır. Çünki saxta xəbərlərin yayılması həm idmançıya, həm də komandaya ziyan verir. Biz dezinformasiyalara çox da fikir vermirik. Düşünürəm ki, bunlar o qədər də önəmli məsələlər deyil”.

    Qeyd edək ki, “Nürnberq” 7 turdan sonra 7 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

    Futbol

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31
    Futbol

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42
    Futbol

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42
    Futbol

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02
    Futbol

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43
    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42

    "Onun üzünü darmadağın etmək istəyirəm" - Məhəmmədəli Osmanlı

    26.09.2026 14:12:43

    "Formula 2" Azərbaycan Qran-Prisinin qalibi bilindi

    26.09.2026 13:40:01

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved