Yeni yaradılmış "Xankəndi" futbol klubu ilk yoxlama matçına çıxıb.
Prosport.Az-ın xəbərinə görə, komanda saat 21:00-da "ASK Arena"da AFFA Region Liqasının digər iştirakçısı "Çinar" (Zəngilan) ilə qarşılaşıb.
Görüş Qarabağ təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Anar Babayev, Əziz Hüseynov və Samur-Xan Aslaxanov vurub.
Qeyd edək ki, bu, "Xankəndi"nin tarixində ilk futbol matçı olub.

