Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Azarkeşlərə borcumu qaytarmağı düşünürəm" – Roman Qriqorçuk
    28.09.2024 22:36:20

    "Prinsipcə, biz qələbəyə daha yaxın idik. Amma futbolda belə şeylər olur. Necə varsa, elə də qəbul edirik".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının VIII turunun "Sumqayıt"la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

    – Növbəti turda "Neftçi" "Kəpəz"lə oynayacaq. Hər iki komanda autsayderdir. Vaxtı ilə bu 2 komanda güclü idi və onların oyunu derbi sayılırdı...
    – Hazırda heç bir derbi haqda düşünmürəm. Bu haqda düşünmək mənasızdır. İndi yalnız qələbə haqda düşünməliyik. Bu, "Neftçi" üçün çox vacibdir.

    – Nəyi dəyişmək lazımdır ki, nəticə olsun?
    – Stadionumuz dəyişib, buranı bəyənirəm. Oynadığımız futbol və nəticələr bundan çox geri qalır. Oynumuzu yaxşılaşdırmalıyıq. Bunu da əzmkar işlə edə bilərik.

    – Qalib gələ bilməməyinizin əsas səbəbi nədir?
    – Taktiki və fiziki cəhətdən çatışmazlıqlar yoxdur. Psixoloji cəhətdən oyunçuların üzərində təzyiq var. Psixoloji daha yaxşı olmalıyıq. İndi yalnız qələbə vəziyyəti yaxşı tərəfə dəyişəcək.

    – "Neftçi"nin tarixində bu qədər zəif başlanğıc olmayıb. Bura gələndə bunu gözə almışdınız və sizdə ruh düşkünlüyü yaranırmı?
    – "Neftçi" brenddir. Nəticələr də buna layiq olmalıdır. Təbii ki, bu haqda düşünməmişdim. Çünki heç vaxt gələcəkdə nələrin baş verəcəyi haqda düşünmürəm. Komandanın 8 oyunda qalib gələ bilməyəcəyini düşünmək çətindir.

    – Emin Mahmudov zədəlidir, yoxsa heyətdə düşünmürsünüz?
    – Bəli, yüngül zədəsi var. Həkimlərin proqnozuna görə, gələn həftədən məşq edəcək.

    – Ümidiniz var ki, "Kəpəz" üzərində qazanılacaq mümkün qələbədən sonra "qara zolaq"dan çıxacaqsınız?
    – Bayaq dedim, yenə cavab verim. Mən 100% əminliklə deyə bilərəm ki, qələbə qazansaq, daha yaxşı olacaq. Qələbə futbolçunu çox güclü dəyişir. Analiz edirəm, görürəm ki, qələbəsizlik futbolçularda necə təzyiq yaradır. Futbolçular kimi mənə də təsir edir. Bilmirəm ki, hansı sözlə ifadə edim. Azarkeşlərə borcum var, qaytarmağı fikirləşirəm. Yaranmış vəziyyət məni çox üzür. Qazanacağımız qələbələr azarkeşlərimizə həsr olunacaq.

    – "Neftçi" rəhbərliyi istəyərsə, təzminatsız çıxıb gedərsiniz?
    – Gəlin, futbol haqda danışaq. Bu mövzuları klubun daxilində müzakirə edirik.

    Futbol

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31
    Futbol

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42
    Futbol

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42
    Futbol

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02
    Futbol

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43
    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42

    "Onun üzünü darmadağın etmək istəyirəm" - Məhəmmədəli Osmanlı

    26.09.2026 14:12:43

    "Formula 2" Azərbaycan Qran-Prisinin qalibi bilindi

    26.09.2026 13:40:01

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved