UEFA Avropa Liqasının "Tottenhem" (İngiltərə) – "Qarabağ" oyunu Bakıdan şərh ediləcək.
Prosport.Az-ın xəbərinə görə, buna səbəb "CBC Sport"un şərhçisi Fərid Ramazanovun Böyük Britaniya vizası ala bilməməsi olub.
Qeyd edək ki, Londonda keçiriləcək matçın ilkin başlanma vaxtı saat 23:00 nəzərdə tutulmuşdu.

