"Qarabağ"ın UEFA Avropa Liqasında rəqiblərindən 2-si ilk oyununu keçirib.
Prosport.Az xəbər verir ki, İsveçin "Elfsborq" klubu Niderlandda "AZ Alkmar"la qarşılaşıb. Hesabda öndə olmasına baxmayaraq, qonaqlar sonda 2:3 uduzub. Keniyalı Timoti Uma və Simon Hedlund "Elfsborq"un qollarını vurub. Sebastian Holmen isə 86-cı dəqiqədə birbaşa qırmızı vərəqə alıb.
"Qarabağ"ın digər rəqibi olan "Budö/Qlimt" isə Norveçdə "Portu" ilə qarşılaşıb. Skandinaviya təmsilçisi güclü rəqibini 3:2 məğlub edib. Yens Hoqe (2) və danimarkalı Kaspe Hö fərqlənib. Fin əsilli İsak Məttə isə 51-ci dəqiqədə 2-ci sarı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, "Qarabağ" sabah "Tottenhem"lə qarşılaşacaq. Görüşə Bakı vaxtı ilə 23:00-da start veriləcək.

