Qadın voleybolu üzrə "Abşeron" klubu Sloveniyada keçirilən "Maribor Cup"da 2-ci görüşünə çıxıb.
Prosport.Az-ın xəbərinə görə, ötən mövsüm Azərbaycan Yüksək Liqasının gümüş medallarını qazanmış Famil Ağayevin yetirmələri Serbiyanın "Jelezniçar" klubuna 1:3 (16:25, 15:25, 25:21, 26:28) hesabı ilə uduzub.
Qeyd edək ki, "Abşeron" ilk oyununda Sloveniyanın "OTP Banka Branik" klubunu məğlub etmişdi – 3:2.

