Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    AFFA-da Cahangir Həsənzadə erası da başa çatır: Yerinə 2 əcnəbi namizəddir
    24.09.2024 23:31:07

    AFFA rəhbərliyi texniki direktor vəzifəsinə namizədlərin siyahısını müəyyənləşdirib.

    Prosport.Az xəbər verir ki, federasiya bu postu yerli kadrlara tapşırmaq istəmir. Hər halda siyahıda yer alanların hamısı əcnəbidir.

    Sportinfo.az-ın qurumdan əldə etdiyi informasiyaya görə, onların içində 2 nəfər favoritdir. Biri "Sabah"ın futbol akademiyasının koordinatoru və U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiçin atasıdır.

    Federasiyanın digər namizədi ispaniyalıdır. Adını hələ dəqiqləşdirə bilməsək də, öyrəndiyimizə görə, onunla danışıqları icraçı vitse-prezident və baş katib Sərxan Hacıyevin özü aparır. AFFA prezidenti Rövşən Nəcəfin ispanın təyinatına daha çox təşəbbüs göstərdiyi bildirilir.

    Əlqərəz, millinin sabiq qapıçısı Cahangir Həsənzadənin AFFA-dakı fəaliyyəti sona çatmaq üzrədir. Rövşən Nəcəf adıçəkilən funksionerin texniki direktor vəzifəsindən uzaqlaşdırılmasına razılıq verib.

    AFFA prezidenti bir neçə aydır bağlı qapılar arxasında aparılan müzakirələrin sonunda Həsənzadənin postundan kənarlaşdırılması, onun yerinə namizədlərin siyahısının müəyyənləşdirilməsi yönündə tapşırıq verib. Nəcəf bu məsələnin qarşıdakı 1-2 ay ərzində tamamlanmasını istəyib.

    Texniki direktorun başının üstünü alan qara buludlar Elxan Məmmədovla yaxınlığından qaynaqlanır. O, keçmiş icraçı vitse-prezident və baş katibin ən yaxın kadrlarından sayılır.

    Həsənzadə hazırkı vəzifəyə illər öncə məhz Məmmədovun təqdimatıyla gəlib. İkinci 2022-ci ilin mayında AFFA-dan ayrılsa da, tərəflərin münasibətləri yenə qalmaqdadır.

    Hazırkı federasiya rəhbərliyi Həsənzadənin daxildə baş verən hadisələr barədə Məmmədovu məlumatlandırmasından şübhələnir. Ona etimad faktiki olaraq yoxdur.

    Üstəlik, texniki direktorun fəaliyyət sahələrindən çoxsaylı şikayətlər var. Əsasən də aşağı yaş qrupları üzrə millilərdən. U-17, U-19 və U-21 Avropa çempionatının seçmə mərhələlərində biabırçı nəticələr göstərib. Bu yığmalara baş məşqçi və məşqçi təyinatları Həsənzadə tərəfindən edildiyindən, uğursuzluqlar da onun passivinə yazılıb.

    Qeyd edək ki, almaniyalı Bernhard Lipertin ayrılmasından sonra 2020-ci ildə Cahangir Həsənzadə AFFA-nın Texniki direktoru təyin olunub.

    Futbol

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31
    Futbol

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42
    Futbol

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42
    Futbol

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02
    Futbol

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43
    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42

    "Onun üzünü darmadağın etmək istəyirəm" - Məhəmmədəli Osmanlı

    26.09.2026 14:12:43

    "Formula 2" Azərbaycan Qran-Prisinin qalibi bilindi

    26.09.2026 13:40:01

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved