Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bəzi oyunçular yerlərini bilməlidir" - Samir Abasov
    23.09.2024 00:57:00

    "Qələbə münasibəti ilə "Zirə"ni təbrik edirəm. Layiqli qələbə qazandılar. Taktiki mübarizədən onlar qalib ayrıldı. Fikrimcə, bütün mübarizələri məğlub olduq, hücumda isə oynaya bilmədik. Artıq neçə oyundur ki, belə davam edir. Bəzi addımları atmağın vaxtı gəlib. Düşünürdük ki, qarşıdakı matçda düzələr, amma yox. Çünki bəzilərinin başı futboldan kənar söhbətlərə qarışıb. Yaxşı günlər yaşamırıq. Dörd oyundur ki, məğlub oluruq. Belə gedişlə növbəti iki matçı da uduzmağa doğru gedirik. Komandanı necə düzəldəcəyk? Danışmaq çətindir. Toparlanmalıyıq demək də çətindir. Məncə, komanda daxilində iş görmək lazımdır".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Mislir Premyer Liqasının "Zirə" ilə VII tur oyunundan (0:2) sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

    - Yeni gələn oyunçularla bağlı addım atmaq lazımdır?

    - Yox. Formada deyilik. Komandada 3-4 nəfər yeni transfer oynayırsa, fiziki formadan uzaq qalıblarsa, başqa oyunçulara da təsirini göstərəcək. Bu mənada, digər futbolçular daha çox qaçmağa, güc sərf etməyə məcbur qalıb. Fiziki baxımdan komandada balans doğru deyil. Yeni yox, köhnə oyunçularla əlaqədardır. Hətta bəzi futbolçularımızın başı futboldan kənar söhbətlərə qarışıb. Amma hansı söhbətlərdir, onu deməyəcəm. Özləri başa düşür. Oynamayacaqlar, formadan düşəcəklər. Yaxşı mövsüm keçirdik, bəzi futbolçularımız təkliflər aldı. Elə bil ki, havada qalıblar. Sanki düşünürlər ki, bura olmasın, amma gedəcək yerimiz var. Arxayınlıqları hiss edilir. Mən də loru dildə danışmağa çalışıram ki, başa düşsünlər.

    - Cərimə tətbiq olunmur?

    - Xeyr, bu cür addımlar atmaq fikrində deyilik. Amma həmin oyunçular öz formalarından çox uzaq qalıblar. Çünki başqa səbəb tapa bilmirəm. İstək, arzu görmürük. Zaman keçdikcə, pisə doğru gedirik. Bunun qarşısını almalıyıq. 

    - Ötən mövsümdə də 7 tur uğursuzluq oldu, indi də təkrarlanır...

    - Məğlubiyyət varsa, motivasiya gedir. Normal haldır. Biz komanda olaraq enişdəyik. Anlayıram, bunu baş məşqçi aradan qaldırmalıdır. Lakin səbəblər var. Uğursuz nəticələr elə motivasiyanın enişinə səbəbdir. İşləyirik, qələbə qazanmaq istəyirik. Onlar da olacaq. Amma düşdüyümüz vəziyyətin səbəblərini axtarırıq. Motivasiya baxımından məndə eniş görürsünüzsə, bəlkə, elədir. Amma problem olduğunu düşünmürəm.

    - Rəhim Sadıxovun komandadakı balansı pozmasına münasibətiniz necədir? Lakin sona kimi də meydandadır. Bunu məcburiyyətdən edirsiniz?

    - Hər bir futbolçuya şans vermək lazımdır. Rəhim Sadıqov bu gün bizə kömək etmir. Əksinə, ötən mövsüm oynadığımız oyunu pozur. Amma çalışıram ki, digər oyunçuları da başa düşüm. Heç bir futbolçunun sonsuz limiti olmur. Oyundan sonra paltardəyişmə otağına artıq növbəti görüşün heyətini qururduq. Bu gün meydana çıxan Georgi Xaraişvili 3-4 gün əvvəl komandamıza qoşulub. Amma onu əsas heyətdə meydana buraxmağımıza fiziki durumu imkan vermir. Lakin məcburam ki, onları oyunlara buraxım, formaya düşsünlər. 

    - Növbəti turda "Neftçi" ilə qarşılaşacaqsınız. Bəs komandanın yenidən qurulmasına bu cür ağır səfər matçı öncəsi getmək riskli görünmür?

    - Komandanı da, özümüzü də fikirləşməliyik. Bu futbolçularla optimal heyət qurmaq lazımdır. Məncə, bəzi oyunçular da yerini bilməlidir.

    - Yeri gəlmişkən, "Neftçi"yə getmək ehtimalınız var?

    - Xeyr. 

    Futbol

    "Sabah"dan UEFA reytinqinə maksimum töhfə

    28.07.2026 23:13:35
    Futbol

    "Sabah" və Mikels "10"a çatdı

    28.07.2026 22:46:27
    Futbol

    Tarixdə ilk, Azərbaycanda 4-cü

    28.07.2026 22:13:06
    Futbol

    "Bu, tarixi nailiyyətdir, həqiqətən qürur duyuram" - Valdas Dambrauskas

    28.07.2026 21:29:39
    Futbol

    "Sabah" Çempionlar Liqasının III təsnifat mərhələsində - VİDEO

    28.07.2026 20:58:08
    Futbol

    "Qəbələ" Portuqaliyadan futbolçu gətirdi - VİDEO

    28.07.2026 18:18:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Gəncə klubu ABŞ-li baş məşqçiyə tapşırıldı

    28.07.2026 23:42:37

    "Sabah"dan UEFA reytinqinə maksimum töhfə

    28.07.2026 23:13:35

    "Sabah" və Mikels "10"a çatdı

    28.07.2026 22:46:27

    Tarixdə ilk, Azərbaycanda 4-cü

    28.07.2026 22:13:06

    "Bu, tarixi nailiyyətdir, həqiqətən qürur duyuram" - Valdas Dambrauskas

    28.07.2026 21:29:39

    "Sabah" Çempionlar Liqasının III təsnifat mərhələsində - VİDEO

    28.07.2026 20:58:08

    “Məğlub olsam da, həvəsdən düşməyəcəyəm” – İsfahan Həsənov

    28.07.2026 20:53:39

    Yunan-Roma güləşçilərimiz Bakıda dünya çempionatına 3 medalla başladı

    28.07.2026 20:21:06

    "20 yaşım olanda da Bakıda olmuşam" – Ermənistan millisinin baş məşqçisi

    28.07.2026 19:34:55

    "Mən bu medalı qaçırmamalı idim" – Ömər Salmanov

    28.07.2026 19:01:33

    Azərbaycan Bakıdakı dünya çempionatında ilk medalını qazandı

    28.07.2026 18:44:59

    "Qəbələ" Portuqaliyadan futbolçu gətirdi - VİDEO

    28.07.2026 18:18:44

    KuPS - "Sabah": HEYƏTLƏR

    28.07.2026 18:04:35

    Dünya çempionatı: Daha 2 güləşçimiz finalda, 1-i uduzdu

    28.07.2026 17:50:30

    Emil Balayev "Dinamo"ya qarşı oynayacaqmı?

    28.07.2026 17:17:56
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved