Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qaranı istəyirdik, amma o, "Neftçi"ni seçdi" - Rəşad Sadıqov
    22.09.2024 23:06:52

    "Deyərdim ki, vacib üç xal əldə etdik. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Gələn turda səfər görüşümüz olacaq. Həmin oyuna fokuslanacağıq".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının VII turunun "Sumqayıt"la oyunundan (2:0) sonra keçirilmiş mətbuat konfransında deyib.

    - Demək olar ki, "Zirə"nin liqadakı tək rəqibi "Qarabağ"dır?
    - Yox, mən belə deməzdim, razı deyiləm. Yaxşı oyun göstərən komandalar var, nəticələr əldə edirlər. “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Sabah”, “Sumqayıt”, “Neftçi”... Klublar mövsümün sonuna kimi avrokuboklar uğrunda mübarizə aparacaqlar. Ayxan Abbasov "Şamaxı"da yaxşı kollektiv formalaşdırıb. Bu mövsüm rəqiblər daha çox olacaq.

    - "Neftçi"dən ayrılan və hazırda azad agent statusu daşıyan Qara Qarayevin xidmətində maraqlısınız?

    - Onunla keçən ilə görüşmüşdüm. "Qarabağ"dan ayrıldıqdan sonra onu "Zirə"yə gətirmək istəyirdik. O, "Neftçi"yə keçdi və orada oynamağa qərar verdi. İndi isə elə vaxtda azad agent kimi qaldı ki… Təbii ki, onun kimi futbolçunu hər bir komanda heyətdə görmək istəyər. Sadəcə, indi bizdə onun mövqeyində 4-5 oyunçu var. Qara ilə bu il danışığımız olmayıb. Düzü, ötən mövsüm onu komandaya gətirməkdə israr edirdim. Lakin o, sonda "Neftçi"ni seçdi.

    - Demək olar ki, bu qərarından sonra inciklik olub?

    - Yox. Bizim onunla münasibətimiz elədir ki, bu qərar münasibətimizə təsir etməz. Məni də sıxan müəyyən nüanslar var. Qara oynamalı olan futbolçudur. Hardasa qalmaq onun üçün yaxşı olmaz. Qara matçlarda iştirak etməlidir, iddialı futbolçudur. Qara ilə münasibətimiz qaydasındadır. Futbol haqda söhbətlərimiz də olur. Lakin transfer barədə onunla danışığımız olmayıb. 

    - Emin Mahmudovun da “Neftçi”də qalacağı gözlənilmir. Onu heyətinixdə görmək istəyərdiniz?

    - Təbii ki, hamı bunu istəyər. Futbolda uğursuz periodlar olur. Kapitan kimi məsuliyyətin böyük hissəsi ona düşür. Məncə, Emin "Neftçi"də layiqli kapitan  olub. Roman Qriqorçuk təcrübəli mütəxəssisdir. Məncə, Mahmudov yoluna davam etməlidir. Bizi əvvəlki oyunları ilə sevindirməlidir.

    - Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmaları uğursuz nəticə göstərir. Hər halda, yerli futbolçu baxımından sıxıntılar olduğu aşkardır. Sizcə, çıxış yolu nədir?

    - Bilirsiniz ki, bundan 4-5 il əvvəl hazırkı problemləri yaşayacağımız görünürdü. Amma mən gələcəyə nikbin baxıram. AFFA-nın yeni rəhbərliyi futbolumuza yeni nəfəs gətirməyə çalışır. Bunun bəhrəsini görəcəyik. 9-10 yaşından yetişdirdiyimiz futbolçuların 7-8 ilə yaxşı olacaqlarını düşünürəm.

    - Bəs, AFFA-ya bu mövzuda hansı təklif edərdiniz?

    - Mən məşqçiyəm, bununla bağlı müzakirə lazım olarsa, edərik. Düzünü deyim, mən 10 yaşlı futbolçunu necə yetişdirmək lazım olduğunu bilmirəm. Çünki hər bir yaş qrupunun öz peşəkar kadrı var. Məndən 18-19 yaşlı oyunçu barədə soruşsanız, nəsə demək olar. 

    - "Zirə" də Azərbaycan futbolunda dominantlıq edir. Bu komandanın çempionluq uğrunda mübarizə aparması üçün nəyə ehtiyacı var?

    - Vəziyyətdən, gedişatdan asılı olan çox şey var. Elə məşqçi gələ bilər ki, komandanı bir ay ərzində dəyişər. Hər şey mümkündür. Hazırda “Turan Tovuz”un əsas üstünlüyü odur ki, indiki məşqçi də əvvəlki məşqçi kimi eyni sistemlə oynamağa davam edir. Qurban Berdiyevin futbolçulara yanaşmasından sonra komanda artırıb. Bəlkə sabah "Zirə"yə gələrsə, yenə də uğurlu olar. Nə qədər zamana ehtiyac olduğunu bilmirəm. Başımızı aşağı salıb, bildiklərimizi etməyə çalışırıq. Allah qoysa, daha yaxşı, daha möhkəm komanda olarıq. Stabilliyi qorumağa ehtiyac var. Təbii ki, bunu etmək asan məsələ deyil. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanaraq ötən mövsümkü uğuru təkrarlamaqdır. İrəliyə baxmaq lazımdır.

    - Bəs 10 ildən sonra da özünüzü "Zirə"də görürsünüz?

    - Ola bilər, niyə də yox?

    Futbol

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31
    Futbol

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42
    Futbol

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42
    Futbol

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02
    Futbol

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43
    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42

    "Onun üzünü darmadağın etmək istəyirəm" - Məhəmmədəli Osmanlı

    26.09.2026 14:12:43

    "Formula 2" Azərbaycan Qran-Prisinin qalibi bilindi

    26.09.2026 13:40:01

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved