Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Şahin Diniyev mənə xüsusi bir şey demədi" – Krunoslav Renduliç
    22.09.2024 20:34:49

    "Biz bura xal götürməyə gəlmişdik. Buna görə oyunçularımı təbrik edirəm. Futbolçularım yaxşı oynadı. Amma mükəmməl oynadığımızı deyə bilmərəm. Çünki yenə qapımızda 2 qol gördük. Buna görə də məmnun deyiləm. Hücum xəttinin oyununa görə razıyam. Bilirik ki, bizim üçün burada çətin olacaq. Sonuncu qələbəmizi 2 il öncə əldə etmişdik. "Səbail" yaxşı oynadı. Amma biz daha yaxşı idik".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının VII turunun “Səbail”lə görüşündən (4:2) sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

    – Böyük üstünlüyünüz var idi. Niyə oyun birdən-birə bu qədər çətin oldu?
    – Müdafiədə səbirli oynamalıyıq. Hər vəziyyətə 100 faiz yanaşmaq lazımdır. Bu sadəcə keyfiyyətdən asılı olan məsələ deyil. Hər vəziyyətə yuxarıdan aşağı baxmaq lazım deyil, daha diqqətli oynamaq lazımdır. Bunu oyundan qabaq da demişdim. Müdafiədə daha məsuliyyətli olmalıyıq.

    – İlk hissədə qolunuz ləğv olunanda Şahin Diniyev sizin ehtiyat skamyaya yaxınlaşdı. Sizə nə dedi?
    – Xüsusi bir şey demədi. Sadəcə dedi ki, orada foul var idi.

    – Oyunlar zamanı çox sarı və qırmızı vərəqələrlə cəzalandırılırsınız. Bunu normal hesab edirsiniz?
    – Bu, normal deyil. Amma futbolda bəzən belə hallar baş verir. Hansısa epizoda çatmırsan, foul alırsan. Oyunun başlanğıcında bəzi sarı vərəqələri qəbul edərəm. Amma hakimə şikayət edib, vərəqə almağı qəbul etmirəm.

    – Bu gün matç heç-heçə bitsəydi, uğur sayılacaqdı?
    – 1 xaldan məmnun olmazdım. Çünki oyun başlayandan qələbəyə daha yaxın idik. Hələ VAR 2 qolumuzu ləğv etdi.

    – Hər qələbə sizi çempionluğa yaxınlaşdırır, yoxsa "Qarabağ"ın olduğu yerdə bu, mümkün deyil?
    – "Qarabağ" çox böyük keyfiyyətə malikdir. Bu, faktdır. Biz oyundan-oyuna irəliləyirik. Heç vaxt nə baş verəcəyini deyə bilmərik. Gələcəkdə nə olacaq, o haqda çox da fikirləşmirik. Sabahdan "Qarabağ"la oyuna hazırlaşacağıq. Çünki onlar növbəti rəqibimizdir.

    Futbol

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31
    Futbol

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42
    Futbol

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42
    Futbol

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02
    Futbol

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43
    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42

    "Onun üzünü darmadağın etmək istəyirəm" - Məhəmmədəli Osmanlı

    26.09.2026 14:12:43

    "Formula 2" Azərbaycan Qran-Prisinin qalibi bilindi

    26.09.2026 13:40:01

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved