15 yaşadək (U-15) qızlardan ibarət millimiz Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində növbəti dəfə böyük hesabla məğlub olub.
Prosport.Az xəbər verir ki, yığmamız Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş rəqibin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-15 daha əvvəl Belarusa 1:8 və Özbəkistana isə 1:2 hesabı ilə uduzub.

