Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Nürnberq”in heyətində Almaniya 2-ci Bundesliqasında debüt edib.
Prosport.Az xəbər verir ki, 28 yaşlı hücumçu VI turun “Herta” (Berlin) ilə ev matçının 39-cu dəqiqəsində meydana daxil olub. Forvard zədələnən komanda yoldaşı Benyamin Qolanı (Benjamin Goller) əvəzləyib.
Hazırda qonaq komanda hesabda öndədir – 1:0.

