Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İndi susmağı daha üstün tuturam" – Roman Qriqorçuk
    20.09.2024 22:46:58

    "Ölkədə 2 bayram qeyd edilir. Təəssüf ki, azarkeşlərimizi yaxşı oyun və nəticə ilə sevindirə bilmədik".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının VII turunun "Qarabağ"la oyundan sonra mətbuat konfransında deyib. O daha sonra jurnalistlərin suallarını cavablandırıb:

    – "Neftçi" azarkeşlərini nə vaxt sevindirəcəksiniz?
    – Bir neçə dəfə dediyimi təkrarlayacağam, mənim üçün heç də xoş olmayan odur ki, biz azarkeşlərimizi sevindirə bilmirik. Bunu yaşamaq mənim üçün çətindir. Amma əminəm ki, yaxşı futbol və layiqli qələbələrlə onları sevindirəcəyik. Söz verirəm ki, bu sevinci onlara yaşadacağıq.

    – Oyun planı nədən ibarət idi və nə həyata keçirilmədi?
    – Biz başa düşürdük ki, ən yaxşı edə biləcəyimiz hücumda topla oynamaq idi. Biz buna ümid edirdik və çalışırdıq ki, daha çox topla oynayıb hücum edək. Bunu istədiyimiz səviyyədə gerçəkləşdirə bilmədik. Burada tək bizim günahımız yoxdur. Rəqibin güclü olması buna mane oldu. Müdafiə planında isə rəqibə öndə pressinq etmək istəyirdik. Amma yarımçıq alındı. Bu cür keyfiyyətli və sürətli oyunçulara qarşı mövqe müdafiəsi bizə çətinlik yarada bilər. Ona görə irəlidə pressinq etmək istəyirdik.

    – Vəziyyət belə davam edərsə, qarşıdakı hədəflər nədir?
    – Yalnız bir hədəfimiz var. Ardıcıl oyunlarda qalib gəlməyəndə, çox söz deməyə adamın dili gəlmir. İndi sakit duraq. Ümid edirəm ki, futbol haqqında danışmaq daha asan olacaq. Onu görəcəksiniz. Qarşıdakı hədəfimiz odur ki, istədiyimiz futbolu tətbiq edək. İstədiyimiz kimi oynayanda, danışmaq daha asan olacaq.

    – Kapitanlıq sarğısının Emin Mahmudovdan alınması məsələsinə necə aydınlıq gətirərdiniz?
    – Dünəndən etibarən komandamızda əsas kapitan Ramil Şeydayevdir, 2-ci Yuri Matias, 3-cü isə Robert Bauadır. Bu mənim qərarımdır.

    – "Neftçi"nin istədiyi futbolu oynaması üçün nə çatışmır?
    – Zaman çatışmır. Amma indi susmağı daha üstün tuturam. Müxtəlif insanlar bu vəziyyətə fərqli baxır. Amma "Neftçi"nin oyunu ilə bağlı bütün tənqidləri üzərimə götürürəm. Baş verənlərin hamısının dərin analizi var. Sakitəm, rahatam. Oyunçularımıza inanıram. İnanırıq ki, siz yaxşı futbol oynayan, yaxşı nəticə qazanan "Neftçi" görəcəksiniz.

    – Rəhbərlik sizə o vaxtı verəcək?
    – Bu suala mənim cavab verməyim düzgün alınmaz. Rəhbərliyə verməlisiniz. Biz onlarla danışırıq. Onlardan yüksək səviyyəli anlayış görürəm. Futbolu çox yaxşı, yaxından dərk edirlər. Lazımi, düzgün addımlar atırlar. Mən rəhbərliklə müzakirələrdən sonra bu qərara gəldim. Bu insanlarla danışan zaman onları başa düşə bilirəm, onları dinləyirəm. Ona istinadən sizə bunu deyirəm. Nə etmək lazım olduğunu bilirlər.

    Futbol

    “Məqsədim A milli komandada oynamaqdır” - Lorentso Mezzotero

    26.09.2026 16:12:47
    Futbol

    "Zirə" də Çempionlar Liqası ilə vidalaşdı

    26.09.2026 15:41:41
    Futbol

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31
    Futbol

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42
    Futbol

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42
    Futbol

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Məqsədim A milli komandada oynamaqdır” - Lorentso Mezzotero

    26.09.2026 16:12:47

    "Zirə" də Çempionlar Liqası ilə vidalaşdı

    26.09.2026 15:41:41

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42

    "Onun üzünü darmadağın etmək istəyirəm" - Məhəmmədəli Osmanlı

    26.09.2026 14:12:43

    "Formula 2" Azərbaycan Qran-Prisinin qalibi bilindi

    26.09.2026 13:40:01

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved