Albaniyada keçirilən yeniyetmə (U-17) güləşçilərin Avropa çempionatında tarixi hadisə yaşanıb.
Prosport.Az xəbər verir ki, Ümumdünya Güləş Birliyi (UWW) yunan-Roma güləşində 65 kq-da Petros Aşkaryanın gürcüstanlı Giorgi Tçikaidze ilə final, 71 kq-da Qor Xaçatryanın belaruslu İvan Belyayevlə bürünc medal uğrunda görüşlərinin idarəçiliyini azərbaycanlı hakim Həbib Nuruluya tapşırıb.
Qeyd edək ki, Həbib Nurulu bu görüşləri obyektiv şəkildə idarə edib və hər iki qarşılaşmadan Ermənistan təmsilçiləri 2 xal fərqi ilə qalib ayrılıb.
