Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Vacib qələbə qazandıq" - Rəşad Sadıqov
    15.09.2024 22:07:14

    "Futbolçularımı təbrik edirəm. Vacib üç xal qazandıq. Oyun bizim üçün uğurlu başladı. İlk dəqiqədə pressinq tətbiq edərək, topu əldə edib qapıya zərbə vurduq. Hesabı açdıq. Ondan sonra oyun daha çox ortada keçirdi. İlk hissədə ərazi üstünlüyümüz var idi. Bilirdik ki, fasilədən sonra rəqib daha çox irəli atılacaq. Futbolçularımız tempdən düşmədi və lazım olan ikinci qolu vurduq. Bizim üçün çox vacib qələbə qazandıq".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın VI turunun "Neftçi" ilə oyunundan (2:0) sonra keçirilmiş mətbuat konfransında deyib.

    O, jurnalistlərin suallarını da cavablandırıb.

    - Bugünkü "Zirə" görmək istədiyiniz komandadır?

    - Faiz nisbəti olaraq deməyəcəm. Oyunçulardan razıyam. Çempionatda iki məğlubiyyətimiz var idi. Nəticə psixoloji cəhətdən çox önəmlidir. Bərabərlik də pis nəticə sayılmayacaqdı.

    - Yusuf Lavalın transferində Junior Martinsin zədələnməsi önəmli rol oynadı?

    - Lavalla danışığımız mövsümün əvvəlində olmuşdu. Klub buraxmırdı. Ani baş verdi keçid. Məsələ Juniorun zədəsi ilə bağlı deyil. Hücumda cəmi 5 futbolçu var idi. Axtarışlarımız davam edirdi. Tam istədiyimiz variant çıxmırdı. Laval təklif olunduqda, düşünmədən imzaladıq. Bilirdik ki, zədəsi var. Beş-altı həftə sonra bizə qoşulacaq. Uzun müddət komandamıza xidmət etməsini düşünürük. Altı hücumameyilli oyunçumuz var. Sağlam rəqabət olacaq. 

    - Filipe Paxtmanın taleyi necə olacaq?

    - Artıq üçüncü dəfə zədələndi. Müalicə olunacaq. Çarpaz bağlar qopan futbolçunun müalicə yolu ilə düzəldiyini bilmirəm. Onlar əməliyyatı yox, müalicəni seçib. 

    - Ayron Qomisin iştirak ərizəsində adının olmaması nə ilə bağlıdır?

    - "Kasımpaşa" ilə toplanış keçmişdi. Komandamıza da qoşulmuşdu, sadəcə zədələndi. Futbolda belə hallar olur. Sağlam olan futbolçularımız itkiləri hiss etdirmirlər. 

    - Avrokuboklardakı çıxışınız sizə inam qazandırıb? 

    - Bəzən mənfi təsiri olur, bəzən müsbət. İki mövsüm əvvəl "Makkabi" ilə oyundan döndük və uçuruma düşdük. Çempionata uğursuz başladıq. Sonda da təsirini göstərdi. Bilmirik sabah necə olacaq. Zaman göstərəcək. Rəqib üzərində üstünlüyümüz o idiki, daha çox hazırlaşmışıq, daha çox oyun keçirmişik. "Neftçi"nin baş məşqçisi yeni gəlib. Əminəm ki, "Neftçi" qarşıdakı turlarda toparlanacaq. Görünən odur ki, olduqca gərgin və maraqlı çempionat olacaq.

    Futbol

    "Sabah"dan UEFA reytinqinə maksimum töhfə

    28.07.2026 23:13:35
    Futbol

    "Sabah" və Mikels "10"a çatdı

    28.07.2026 22:46:27
    Futbol

    Tarixdə ilk, Azərbaycanda 4-cü

    28.07.2026 22:13:06
    Futbol

    "Bu, tarixi nailiyyətdir, həqiqətən qürur duyuram" - Valdas Dambrauskas

    28.07.2026 21:29:39
    Futbol

    "Sabah" Çempionlar Liqasının III təsnifat mərhələsində - VİDEO

    28.07.2026 20:58:08
    Futbol

    "Qəbələ" Portuqaliyadan futbolçu gətirdi - VİDEO

    28.07.2026 18:18:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Gəncə klubu ABŞ-li baş məşqçiyə tapşırıldı

    28.07.2026 23:42:37

    "Sabah"dan UEFA reytinqinə maksimum töhfə

    28.07.2026 23:13:35

    "Sabah" və Mikels "10"a çatdı

    28.07.2026 22:46:27

    Tarixdə ilk, Azərbaycanda 4-cü

    28.07.2026 22:13:06

    "Bu, tarixi nailiyyətdir, həqiqətən qürur duyuram" - Valdas Dambrauskas

    28.07.2026 21:29:39

    "Sabah" Çempionlar Liqasının III təsnifat mərhələsində - VİDEO

    28.07.2026 20:58:08

    “Məğlub olsam da, həvəsdən düşməyəcəyəm” – İsfahan Həsənov

    28.07.2026 20:53:39

    Yunan-Roma güləşçilərimiz Bakıda dünya çempionatına 3 medalla başladı

    28.07.2026 20:21:06

    "20 yaşım olanda da Bakıda olmuşam" – Ermənistan millisinin baş məşqçisi

    28.07.2026 19:34:55

    "Mən bu medalı qaçırmamalı idim" – Ömər Salmanov

    28.07.2026 19:01:33

    Azərbaycan Bakıdakı dünya çempionatında ilk medalını qazandı

    28.07.2026 18:44:59

    "Qəbələ" Portuqaliyadan futbolçu gətirdi - VİDEO

    28.07.2026 18:18:44

    KuPS - "Sabah": HEYƏTLƏR

    28.07.2026 18:04:35

    Dünya çempionatı: Daha 2 güləşçimiz finalda, 1-i uduzdu

    28.07.2026 17:50:30

    Emil Balayev "Dinamo"ya qarşı oynayacaqmı?

    28.07.2026 17:17:56
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved