Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    AFFA 4 yığmanın məşqçisi ilə müqavilənin müddətini uzatdı - İK-in qərarları
    13.09.2024 23:17:09

    AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

    Prosport.Az xəbər verir ki, iclasa sədrlik edən AFFA-nın prezidenti Rövşən Nəcəf qarşıya qoyulan vəzifələrdən və onların icrası istiqamətində görüləcək işlərdən bəhs edib. İcraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib.

    Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

    Əvvəlcə Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov növbəti mövsümdə tətbiq olunacaq lisenziyalaşdırma qaydalarındakı dəyişikliklərlə bağlı məlumat verib. İclasda lisenziyalaşdırma qaydalarında bir sıra dəyişikliklər təsdiq olunub. Bununla bağlı klublara məlumat veriləcək.

    AFFA-nın inkişaf strategiyasının hazırlanması üzrə layihə rəhbəri olan Elçin Məmmədov strategiyanın yazılmasına dair görülən işlərlə bağlı da məlumat verib. O, İcraiyyə Komitəsi üzvlərinin bununla bağlı suallarını cavablandırıb. İcraiyyə Komitəsi üzvlərinin təklif və rəyləri dinlənilib, nəzərə alınıb.

    Daha sonra AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabat verib. Aşağı yaş qrupları üzrə millilərin baş məşqçiləri Aqil Nəbiyev (U-16), İlham Yadullayev (U-17), Füzuli Məmmədov (U-18) və Elxan Abdullayevin (U-19) müqavilə müddətinin 2025-ci il yanvarın 1-dək uzadılması qərara alınıb.

    Bundan başqa, İntizam Komitəsinin tərkibində edilmiş dəyişikliklər iclasda təsdiqlənib. Məmməd Həsənov İntizam Komitəsinə yeni üzv seçilib. O, intizam üzrə müfəttiş təyin olunub. Namiq Əliyev isə bundan sonra komitədə üzv kimi fəaliyyətini davam etdirəcək. Ramil Cahangirov öz istəyi ilə İntizam Komitəsi üzvlüyündən ayrılıb.

    AFFA İcraiyyə Komitəsinin gündəliyində nəzərdə tutulan digər məsələlər isə növbəti iclasda müzakirə olunacaq.

    Futbol

    Zlomisliç oynadı, Puxaç izlədi

    26.09.2026 17:09:49
    Futbol

    "Millidə qələbədən vacib heç nə yoxdur" - Mahir Emreli

    26.09.2026 16:55:06
    Futbol

    “Məqsədim A milli komandada oynamaqdır” - Lorentso Mezzotero

    26.09.2026 16:12:47
    Futbol

    "Zirə" də Çempionlar Liqası ilə vidalaşdı

    26.09.2026 15:41:41
    Futbol

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31
    Futbol

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Zlomisliç oynadı, Puxaç izlədi

    26.09.2026 17:09:49

    "Millidə qələbədən vacib heç nə yoxdur" - Mahir Emreli

    26.09.2026 16:55:06

    İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər

    26.09.2026 16:32:49

    “Məqsədim A milli komandada oynamaqdır” - Lorentso Mezzotero

    26.09.2026 16:12:47

    "Zirə" də Çempionlar Liqası ilə vidalaşdı

    26.09.2026 15:41:41

    SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb

    26.09.2026 15:15:31

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42

    "Onun üzünü darmadağın etmək istəyirəm" - Məhəmmədəli Osmanlı

    26.09.2026 14:12:43

    "Formula 2" Azərbaycan Qran-Prisinin qalibi bilindi

    26.09.2026 13:40:01

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved