İsveç millisinin və "Sportinq"in hücumçusu Viktor Dökereş İngiltərəyə qayıdacaq.
Prosport.Az xəbər verir ki, 26 yaşlı forvard "Arsenal"a keçə bilər. Hazırda "topçular" oyunçunun transferini həll etməyə çalışır. Keçidin qışda baş tutacağı gözlənilir.
İngiltərə klubu hücumçu üçün 100 milyon avro ödəməli olacaq.
Dökereşin "Sportinq"lə müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir. O, İngiltərədə "Suonsi", "Brayton" və "Koventri"də çıxış edib.
Qeyd edək ki, macar əsilli Viktor Dökereş Millətlər Liqasının C Divizionunun 1-ci qrupunun Azərbaycanla oyununda (3:1) komandasının qollarından 1-nin müəllifi olub (penaltidən) və 2 məhsuldar ötürməyə imza atıb.

