Serbiyanın U-21 yığmasının baş məşqçisi Lyubinko Druloviç bu gün Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2025-in seçmə mərhələ oyunu ilə bağlı fikirlərini bölüşüb.
Prosport.Az xəbər verir ki, mütəxəssis bugünkü görüşdən qələbə gözlədiyini bildirib: "İstəyirəm ki, futbolçularımızın keyfiyyəti ön plana çıxsın və bizdə intizamlı oyun olsun. Rəqib sırf müdafiəyə meyilli komandadır, amma hücumda da yaxşı oyunçuları var. Uzun səfəri, eləcə də Bakıda bizi qarşılayan çox isti havanı nəzərə alsaq, uyğunlaşmaq üçün vaxt lazım idi. Amma əminəm ki, biz hazır olacağıq".
Qeyd edək ki, Azərbaycan – Serbiya matçı saat 19:00-da başlayacaq.
