Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ötən gün ilk yoldaşlıq görüşünü keçirib.
Prosport.Az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Darıca” stadionunda baş tutan matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar sentyabrın 12-də eyni stadionda ikinci yoldaşlıq görüşündə üz-üzə gələcəklər.
