Rusiya mətbuatı Azərbaycan millisinin Millətlər Liqasının C Divizionunun 1-ci qrupunda Koşitsedə Slovakiya yığmasına 0:2 hesablı məğlubiyyətini şərh edib.
Prosport.Az xəbər verir ki, həmin matçda qapıçı Mehdi Cənnətovun etibarlı çıxışı xüsusi vurğulanıb:
"Azərbaycan millisi Fernandu Santuşun təyinatından sonra qarışıq təəssürat oyadır. İsveçlə matçda (1:3) əldən verilmiş penalti də daxil olmaqla, çoxlu şanslar yaratdılar. Slovakiyada azərbaycanlılar çox gec fəallaşdılar - 4 dəqiqə ərzində 2 qol buraxdılar. Sanki qonaqların yaxşı müdafiə olunan komandası penalti ilə “sındırıldı”. Ozancan Kökçünün zərbəsini isə Martin Dubravka dəf etdi. Azərbaycan oyuna qayıtmaq şansından məhrum oldu. Bundan sonra Mahaçqaladan olan Mehdi Cənnatov daha çox ön planda idi, onun sayəsində Azərbaycan millisinin məğlubiyyəti böyükhesablı olmadı".
