"Neftçi" ilə yollarını ayıran Ataa Caber karyerasını Qətərdə davam etdirə bilər.
Prosport.Az xəbər verir ki, "Qətər" idman klubu 29 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
2022-ci ildə Bakı klubuna transfer olunan Ataa Caber “Neftçi”nin heyətində meydana çıxdığı 58 oyunda 9 qola imza atıb. "Ağ-qaralar" iyunun 28-də fələstinli oyunçu ilə vidalaşıb.

