"Qarabağ" futbolçusu Hamidu Keytayla yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, 29 yaşlı fransalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
Ötən ilin yayından “Qarabağ”da çıxış edən Hamidu Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), kubokda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

