"Qarabağ"ın futbolçusu Hamidu Keyta Türkiyə klubuna keçir.
Prosport.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını "Konyaspor"da davam etdirəcək.
Hətta fransalı oyunçunun axşam saatlarında Konyada olacağı da vurğulanıb. Super Liqa təmsilçisi onunla 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Hamidu Keyta ötən il "Zirə"dən "Qarabağ"a keçib.

