3x3 basketbolu üzrə Qadın Seriyası yarışı üçün Qələbəyə gələcək 5 xarici basketbol komandasının adı bilinib.
Prosport.Az-ın xəbərinə görə, bunlar Polşa, İtaliya, Portuqaliya, Rumıniya milliləri və İspaniyanın "Barselona Panters" komandasıdır. Ölkəmizə gələcək daha 2 komandanın adına sonra aydınlıq gələcək.
Qeyd edək ki, 2-3 iyunda Qəbələdə 2024 mövsümünün 3-cü mərhələsi keçiriləcək. Paris Olimpiadasına lisenziya qazanmış 3x3 qadın basketbol komandamız 23-24 apreldə ABŞ-nin Sprinqfild şəhərində keçirilmiş ilk mərhələdə iştirak etməyib. Həmin mərhələnin qalibi son mövsümün 1-cisi Kanada yığması olub.
Həmçinin, yığmamızın 29-30 mayda Fransanın Marsel şəhərində keçiriləcək 2-ci mərhələ yarışında da iştirakı gözlənilmir. Ötən mövsüm olduğu kimi, Azərbaycan təmsilçisi Qadın Seriyası yarışına Vətəndə start verəcək.
Onu da bildirək ki, ötən mövsümdən fərqli, bu dəfə "Neftçi" komandasının bu turnirdə çıxışı gözlənilmir.
Səbuhi Musa