Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında mübarizəyə başlayıb.
Prosport.Az xəbər verir ki, yığma Xorvatiyada meydan sahibləri ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan yığmasının 3:0 (25:19, 25:19, 25:22) hesablı qələbəsi ilə yekunlaşıb.
Kişi yığmamız isə Bakıda Rumıniyaya eyni hesabla (16:25, 16:25, 19:25) uduzub.
Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu qadın millimiz bu gün saat 15:00-da Slovakiya ilə qarşılaşacaq. Kişi yığmamız isə sabah saat 18:00-da Ukrayna ilə görüşəcək.

