"Xırdalan"la ilk qarşılaşmada çox yaxşı oyun göstərdik. Oyun planına əməl etdik və qələbə qazandıq".
Prosport.Az xəbər verir ki, bu sözləri "NTD-İndiqo"nun basketbolçusu Eysan Vayli 3-cü yer uğrunda "Xırdalan"a 95:79 hesabı ilə qalib gəldikləri matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, komandanın müdafiədəki oyununu xüsusi vurğulayıb: "Düşünürəm ki, ikinci oyun daha çətin olacaq, amma məqsəd birdir – qələbə. Üçüncü yer uğrunda oynayırıq. Ancaq bu, gözlədiyimiz nəticə deyil. Məqsədimiz çempionluq idi. Biz peşəkarıq və işimizi görməliyik".
Bir neçə aydır Azərbaycanda oynayan legioner basketbolçu çempionatın səviyyəsinə də toxunub: "Deyim ki, liqanın səviyyəsi məni təəccübləndirdi. Kifayət qədər yüksəkdir. Hər komandada amerikalı, eləcə də keyfiyyətli azərbaycanlı oyunçular var".
Qeyd edək ki, komandalar arasında ikinci matç mayın 18-də olacaq.

