Luka Modriç DÇ-2026-da yeni dünya çempionatı rekorduna imza atıb.
Prosport.Az "Opta"ya istinadən xəbər verir ki, Xorvatiya millisinin kapitanı Qana üzərində 2:1 hesablı qələbə ilə başa çatan qrup mərhələsinin son tur oyununda Nikola Vlaşiçin vurduğu ikinci qolun məhsuldar ötürməsini verib.
Modriç bu asisti 40 yaş 291 günlüyündə edərək dünya çempionatları tarixində qol ötürməsi edən ən yaşlı futbolçu adına sahib çıxıb.
Buna qədər rekord Tiaqo Silvaya məxsus idi. Braziliyalı müdafiəçi DÇ-2022-də Cənubi Koreya ilə oyunda 38 yaş 74 günlüyündə məhsuldar ötürmə etmişdi.

