Xoni Montielin “Qarabağ“ın əsas komandasından uzaqlaşdırılmasının konkret səbəbi üzə çıxıb.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, 2025-ci il avqust ayından burada çıxış edən ispaniyalı yarımmüdafiəçi Qurban Qurbanova cavab qaytarıb.
Belə ki, baş məşqçi “Vestri“ ilə ilk qarşılaşmadan öncə keçirilən hazırlıq prosesində ona irad bildirib. Verdiyi tapşırıqları istədiyi səviyyədə həyata keçirməyən 27 yaşlı legionerin hərəkətləri təcrübəli mütəxəssisi haqlı olaraq narazı salıb.
Prineyli orta sahə oyunçusu isə Qurbanova sifət edib və heç də xoş olmayan reaksiya göstərib.
Daim nizam-intizama xüsusi fikir verən çalışdırıcı Montieli hazırlıq prosesindən kənarlaşdırıb və onun adını Avropa Liqasının I təsnifat mərhələsi üçün iştirak ərizəsindən çıxarıb.
"Qarabağ"a "Rayo Valyekano"dan gəlmiş əcnəbinin müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Klub onun müqavilə müddətini 2 illik artırmaq haqqına sahibdir.

