"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi MOİK (Sofiya) Bolqarıstan çempionatının 2026/2027 mövsümündə ilk oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, Sofiya təmsilçisi səfərdə "Slaviya" (Sofiya) ilə üz-üzə gəlib və matç qolsuz bərabərliklə yekunlaşıb.
Xatırladaq ki, "Qarabağ"la MOİK arasında ilk oyun iyulun 23-də, cavab matçı 30-da keçiriləcək.

