"Karvan-Yevlax" transfer çalışmalarını davam etdirir.
Prosport.Az xəbər verir ki, son olaraq MOİK klubunda forma geyinən qapıçı Əkbər Vəliyevlə mövsümün sonuna qədər müqavilə imzalanıb.
24 yaşlı qolkiper karyerası ərzində “Cəbrayıl” və “Şamaxı” klublarının qapısını qoruyub.

