“Sabah”ın hücumçusu Coy-Lens Mikels Çempionlar Liqasında sabah “KuPS”a qarşı keçirəcəkləri ilk oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, almaniyalı futbolçu media nümayəndələri ilə görüşdə bunları deyib.
– Hansı mövqedə oynamaq sizin üçün rahatdır?
– Məşqçi hansı mövqedə desə, oynamağa hazıram. Hücumçu kimi oynamaq rahatdır. Çoxlu qollar vurur, ötürmələr edirəm.
– Mövqeyində rəqabət var. Bu, oyununuza necə təsir edir?
– Rəqabəti hiss edirəm və bu, olmalıdır. Çalışırıq ki, hər birimiz özümüzün ən yaxşı halını göstərək. Hücumçu kimi işimi görməliyəm. Komandaya kömək etməli, çoxlu qollar vurmalıyam ki, məşqçi də məni seçsin.
– “KuPS”la oyundan gözləntiləriniz nədir?
– Maraqlı oyun olacaq. Səbirsizliklə matçı gözləyirik. Bizim üçün xüsusi haldır. Çempion olmuşuq və nüfuzlu turnirdəyik. “KuPS” güclü rəqibdir, amma 1 həftədir onları təhlil edirik. Bu rəqibə qarşı necə oynamaq lazım olduğunu bilirik. Ən yaxşı performansımızı göstərməyə çalışacağıq. Qələbə qazanacağımıza inanıram.

